ADU-da “15 iyun-Qurtuluşdan tərəqqiyə” adlı dəyimi masa keçirilib

ADU-da “15 iyun-Qurtuluşdan tərəqqiyə” adlı dəyimi masa keçirilib İyunun 14-də Azərbaycan Dillər Universitetində (ADU) “15 iyun-Qurtuluşdan tərəqqiyə” adlı tədbir keçirilib.
Tədbiri giriş sözü ilə açan ADU-nun rektoru, AMEA-nın həqiqi üzvü Kamal Abdulla Milli Qurtuluş Gününün xalqımız üçün şərəfli gün olduğunu bildirib. Düşmənçilik, münasibətlərin korlanması, qonşu dövlətlərlə əlaqələrin kəsilməsinin ölkənin çətinliklər və sarsıntılar yaşamasına gətirib çıxardığını vurğulayan K.Abdulla Heydər Əliyevin hakimiyyətə qayıtmasının Azərbaycanın sivil dünya dövlətləri arasında inteqrasiyasının başlanğıcı olduğunu söyləyib: “Bunların hamısını biz görmüşük və Ulu öndərin həyatımızın hər sahəsi üzrə fəaliyyətini bu gün ancaq minnətdarlıq və şükranla xatırlayırıq. Çünki həqiqətən də mədəni, iqtisadi, siyasi, ictimai və digər sahələrdə Azərbaycanın gələcəyi son dərəcə böyük sual altında idi. Biz bugünkü müstəqil siyasətimizin əsasını məhz Ulu öndərin Azərbaycana qayıtması ilə əldə etdik”. K.Abdulla o günlərdə Naxçıvanda baş verənlərdən də söz açıb: “Yadınızdadırsa, Naxçıvan M.Qorbaçovun siyasətinə, Azərbaycana edilən təcavüzə qarşı etiraz əlaməti olaraq, SSRİ dövründə Sovet İttifaqının tərkibindən çıxan ilk muxtar respublika oldu. İlk dəfə olaraq, Naxçıvanda Ulu öndərin bilavasitə fəaliyyətinin nəticəsində M.Ə.Rəsulzadənin söylədiyi “Bir kərə yüksələn bayraq bir daha enməz” şüarı və ideyası təsdiq olundu. Həmin bayraq Naxçıvanda qaldırıldı. Bu, özü bir istiqamət idi və Azərbaycanın gələcəyinin necə olacağını göstərirdi. Naxçıvanda gedən proseslər ümumilikdə bütün Azərbaycanı bürüdü. O zamanlar Azərbaycanda baş verən son dərəcə ciddi siyasi qarşıdurmanın nəticəsi kimi ortaya çıxan siyasi böhran qısa zamanda aradan götürüldü və ölkə normal sivil inkişaf yoluna düşdü. Bütün bunlar Ulu öndərin bilavasitə fəaliyyətinin nəticəsi idi”. O zaman baş verənlərə hazırda daha aydın nəzər yetirə bildiyimizi söyləyən rektor K.Abdulla həmin vaxtlar yaşanan təşviş və həyəcanlı günlərin unudulmadığını deyib: “Minnətdar xalqımız Ulu öndərin və onunla bir vuruşan silahdaşlarının xidmətini heç zaman unutmayacaq. Minnətdar xalqımız Azərbaycanın istiqlaliyyəti uyğrunda can verənlərin xatirəsini həmişə uca tutacaq. Minnətdar xalqımız Azərbaycanın bütövlüyü naminə həyatını qurban verən şəhidlərimizi həmişə yad edəcək və onların əziz xatirəsini heç zaman unutmayacaq. Bütün bunlar hamısı 15 iyun deməkdir, qayıdış deməkdir, bugünkü Azərbaycan deməkdir”. Bu gün Azərbaycanın İlham Əliyev tərəfindən inamla, cəsarətlə idarə edildyini deyən rektor K.Abdulla ölkədə olan əmin-amanlığın, müxtəlif dinlərarası, millətlərarası, xalqlarası münasibətlərin xalqımızın tarix boyu yaşatdığı ənənənin nəticəsi olduğunu söyləyib: “Prezident İlham Əliyevin siyasi lider kimi böyüklüyü ondadır ki, ənənələri düzgün istiqamətə yönəldə bilir, xalqın canında, ruhunda olan bu enerjini doğru yola tuşlaya bilir. Bu gün Azərbaycanda tolerantlıq, multikulturalizm ideyaları özünü göstərirsə, bunu dövlət səviyyəsində dərk edib həyata keçiririksə, bunun özü də xalqımızın ruhunda, mayasında olan dəyərlərin nəticəsidir”. Azərbaycanın müxtəlif istiqamətlər üzrə inkişafının göz qabağında olduğunu, bunun hər bir vətəndaşın həyatında özünü göstərdiyini bildirən K.Abdulla hər kəsin zaman və tarix qarşısında borclu olduğunu söyləyib: “Bu gün bizim tələbələrimiz, müəllimlərimiz öz auditoriyalarında bunu edirlər. Universitetimiz bu gün böyük işlər görür. Biz təhsil və elm istiqamətində ciddi addımlar atırıq”. Rektor K.Abdulla hər kəsi bayram münasibəti ilə təbrik edib: “15 iyun Qurtuluş günü xalqımızın həyatında dönüş nöqtəsi olmaqla yanaşı, böyük inkişafa aparan yol kimi özünü təsdiq edəcək. Biz bu yolun yolçularıq. Bayramınız mübarək olsun!”
ADU-nun Azərbaycan dilçiliyi kafedrasının müdiri professor Adil Babayev Heydər Əliyevin qayıdışı ilə Azərbaycanın xilas olunduğunu bildirib. 2015-ci ildə təməli qoyulan TANAP layihəsi haqqında danışan A.Babayev Azərbaycanın düzgün siyasətin nəticəsində dünyada tanındığını söyləyib: “Ulu öndər neçə illər bundan öncə demişdir: “Azərbaycan dünyaya bir günəş kimi doğacaq”. O gün gəlib çatdı. Bu gün əgər Azərbaycan bütün dünya xalqları tərəfindən multikultural və sivil bir ölkə kimi tanınırsa, bu, Ulu öndərimizin fəaliyyətidir”. A.Babayev çıxışının sonunda özünün müəllifi olduğu “Yurdumuza doğan Günəş” adlı şeirini söyləyib.
Təhsil fakültəsinin 308B qrup tələbəsi, xəlifə rektor Nicat Aşurov Azərbaycan xalqının və dövlətçiliyinin həyatında olduqca əhəmiyyətli bir gün olan Milli Qurtuluş günü münasibəti ilə hamını təbrik edib. Azərbaycan xalqının azadlıq yolunda mübarizə apardığını, bu yolda çoxlu şəhid verdiyini söyləyən N.Aşurov Milli Qurtuluş Gününün vətənini, xalqını sevən, həmin ağrılı günlərin dəhşətlərini yaşayan insanlar üçün əsl qurtuluş tarixi olduğunu bildirib. Bu tarixi yaradanın Azərbaycanın müstəqilliyində xalqa arxa olan Ulu öndər Heydər Əliyev olduğunu vurğulayan N.Aşurov söyləyib ki, böyük vətənpərvər xalqın və respublikanın hakim dairələrinin təkidli ilə daxili və xarici düşmənlərimizin bütün planları iflasa uğratdı. Xalqımızın və tariximizin qarşısında böyük xidmətləri olan Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə milli-mənəvi dəyərlərimizin bərpa edildiyini deyən N.Aşurov vurğulayıb ki, onun qətiyyəti, apardığı uğurlu daxili və xarici siyasəti sayəsində ölkəmiz böyük nailiyyətlər qazanıb.
Daha sonra Ümummilli lider Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən qısametrajlı film nümayiş olunub.

ADU-nun Mətbuat Xidməti


ADU-da “15 iyun-Qurtuluşdan tərəqqiyə” adlı dəyimi masa keçirilibADU-da “15 iyun-Qurtuluşdan tərəqqiyə” adlı dəyimi masa keçirilibADU-da “15 iyun-Qurtuluşdan tərəqqiyə” adlı dəyimi masa keçirilibADU-da “15 iyun-Qurtuluşdan tərəqqiyə” adlı dəyimi masa keçirilibADU-da “15 iyun-Qurtuluşdan tərəqqiyə” adlı dəyimi masa keçirilib

Oxşar xəbərlər