Yeni qəbul olan tələbələrin nəzərinə!

Yeni qəbul olan tələbələrin nəzərinə! Yeni tədris ili başlananadək Akademiyada tələbələrin andiçmə mərasimi keçiriləcək. Bu andın mətni ilə sizi tanış edirik:

T Ə L Ə B Ə A N D I


Mən Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri sırasına daxil olmaqla, bütün yoldaşlarım və müəllimlərim qarşısında təntənəli surətdə and içirəm
Dəniz Akademiyasının tələbəsi adını yüksək tutacağıma, elm və biliklərə dərindən yiyələnmək üçün var qüvvəmlə səy göstərəcəyimə

AND İÇİRƏM!


Akademiyanın və dənizçi peşəsinin ənənələrini qoruyacağıma və davam etdirəcəyimə, dənizçi formasına hörmətlə yanaşacağıma və onu şərəflə daşıyacağıma

AND İÇİRƏM!


Müəllimlərimə hörmətlə yanaşacağıma, Akademiyanın həyatında fəal iştirak edəcəyimə

AND İÇİRƏM!


Qazandığım bilik və bacarığımı doğma Azərbaycanımızın qüdrətlənməsinə və inkişafına sərf edəcəyimə

AND İÇİRƏM!


Dövlətçiliyimizə və xalqımıza sədaqətli, Azərbaycana layiqli vətəndaş olacağıma

AND İÇİRƏM!

AND İÇİRƏM!

AND İÇİRƏM!

Oxşar xəbərlər