Sentyabrın 15-də Sumqayıt Dövlət Universitetində Bilik günü təntənə ilə qeyd edildi.
Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayan tədbirdə universitetin rektoru professor Elxan Hüseynov professor- müəllim, tələbə heyətini, xüsusilə birinci kurs tələbələrini və onların valideynlərini 2018-2019-cu tədris ilinin başlanması münasibətilə və Azərbaycan xalqını Bakının erməni-daşnak qüvvələrinin işğalından azad olunmasının 100 illiyi münasibətilə təbrik etdi, bildirdi ki, xalqımızın döyüşkənlik ruhu bu gün də yüksəkdir və cənab Ali Baş Komandanın əmri olacağı təqdirdə işğal altında olan torpaqlarımızı düşməndən azad etməyə hazırdır. Ordumuzun qüdrəti, Ali Baş Komandanın qətiyyəti, xalqımızın ordumuza və rəhbərinə sonsuz inam və sevgisi onu deməyə əsas verir ki, tezliklə doğma Qarabağımız işğaldan azad olunacaq, əlamətdar günlərimizi orada qeyd edəcəyik.
Bilik gününə həsr olunmuş tədbirdə rektor Ümummilli Lider Heydər Əliyevin strateji inkişaf konsepsiyasını uğurla davam etdirən Prezident cənab İlham Əliyevin elmə, təhsilə göstərdiyi böyük qayğı və diqqətdən söz açdı. Bildirdi ki, dünyada siyasi nüfuzu durmadan yüksələn, müntəzəm olaraq mötəbər beynəlxalq tədbirlərin keçirildiyi dünyəvi, tolerant Azərbaycanda təhsilin inkişafı ölkəmizin ümumi inkişaf strategiyasının tərkib hissəsinə çevrilib. Ölkəmizin sənaye şəhəri olan Sumqayıtın adını daşıyan universitetimiz fəaliyyətə başladığı gündən keçən müddət ərzində təhsilimizin, elmimizin tərəqqisinə daim öz töhfələrini vermiş, nəinki respublikamızın, o cümlədən də dünyanın bir sıra ölkələri üçün yüzlərlə alim və mütəxəssis hazırlamış, böyük zəhmət hesabına məsuliyyətli və şərəfli bir yol keçmişdir. Əldə olunan nailiyyətlər sübut edir ki, Sumqayıt Dövlət Universiteti hər zaman fəaliyyətinin təkamül dövrünü yaşayaraq, kadr potensialının gücləndirilməsi üçün bütün mövcud imkanlardan istifadə etmiş, illər keçdikcə mütəxəssis hazırlığının sayı artmış və məzunlarının hesabına Sumqayıt sənaye müəsissisələrində kadr problemləri tədricən həll olunmuşdur. Rektor onu da bildirdi ki, Sumqayıt Dövlət Universiteti kadr potensialını hər il öz yetirmələri ilə yeniləyir. Bir qrup məzunlarımız yeni tədris ilindən laborant, mütəxəssis, müəllim kimi fəaliyyətə başlayacaq. Bu gün Prezident cənab İlham Əliyevin apardığı gənclər siyasəti Sumqayıt Dövlət Universitetində davamlı olaraq uğurla həyata keçirilir.
SDU-nun Mətbuat Xidməti