Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2ci qrant müsabiqəsinin qalibi “Gəzdiklərim, gördüklərim, düşündüklərim” layihəsi

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2ci qrant müsabiqəsinin qalibi “Gəzdiklərim, gördüklərim, düşündüklərim” layihəsi Müasir təhsil sisteminin vacib məsələlərindən biri də şagirdlərin asudə vaxtlarının düzgün təşkili məsələsidir . Neftçala rayonu İ.Babayev adına Şirvanlı kənd tam orta məktəb Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2ci qrant müsabiqəsində “Gəzdiklərim, gördüklərim, düşündüklərim” layihəsi qalib olub.
Layihənin məqsəd və vəzifələri:
Neftçala rayonunun ucqar kəndlərində təhsilinən davam edən, gələcəyimizin təminatı olan şagirdlərimizin tarixi, mədəni, sosial, turistik yerlərə səyahətlərini təşkil edərək, onlara vətən sevgisi aşılamaq, özünəinam formalaşdırmaq, təhsildən yayınmalarının qarşısını almağa çalışmaq, peşə maraqları formalaşdırmaq.
Şagirdlərin periodik olaraq bəlli bir proqram daxilində Neftçala rayonunun müəyyənləşdirlimiş tarixi-mədəni yerlərə, eyni zamanda ictimai-sosial obyektlərə ekskursiyalar təşkil etmək;
Şagirdlərin ekskursiya çərçivəsində topladıqları məlumatları, çəkdikləri şəkilləri, duyğu və düşüncələrini ifadə edə biləcəkləri bülleten hazırlamaq.
Layihənin tədbir planında ekskursiyaların təşkili üçün bir sıra tədbirlər nəzərdə tutulmuşdur və bu tədbir haqqında məlumatı paylaşmaq istərdik.
Təhsildə inkişaf və innnovasiyalar adlı II-ci qrant müsabiqəsinin qalibi Neftçala rayonu İ.Babayev adıns Şirvanlı kənd orta məktəbin “Gəzdiklərim, gördüklərim, düşündüklərim” layihəsinin məqsədi əlverişsiz şərtlər daxilində təhsilinə davam edən, gələcəyimizin təminatı olan şagirdlərimizin tarixi, mədəni, sosial, turistik yerlərə səyahətlərini təşkil edərək, onlara vətən sevgisi aşılamaq, özünəinam formalaşdırmaq, təhsildən yayınmalarının qarşısını almağa çalışmaq, peşə maraqları formalaşdırmaqdır.
Təhsildə inkişaf və innnovasiyalar adlı II-ci qrant müsabiqəsinin qalibi Neftçala rayonu İ.Babayev adına Şirvanlı kənd orta məktəbin “Gəzdiklərim, gördüklərim, düşündüklərim” layihəsi çərçivəsində işlər ğurla davam etdirilir.
02.07.2018-ci il tarixdə Neftçala rayonu İ.Babayev adına Şirvanlı kənd tam orta məktəbdə Təhsildə inkişaf və innnovasiyalar adlı II-ci qrant müsabiqəsinin qalibi “Gəzdiklərim, gördüklərim, düşündüklərim” layihəsinin ilk iclası keçirilmişdir.
İclasda müəllimlər, valideynlər, orta məktəbin şagird və məzunları, layihənin idarə heyətinin üzvləri iştirak ediblər. İclas Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.
Şirvanlı kənd tam orta məktəbinin direktoru H.Rasəf iclası iştirakçılarını salamlayaraq məktəbin fəaliyyəti barədə məlumat vermişdir. Rasəf müəllim Azərbaycan Respublikasının Təhsil nazirliyinə və təhsildə inkişaf və innovasiyalar adlı qrant müsabiqəsinin təşkilatçılarına məktəbə göstərdiyi dərin etimada görə minnətdarlığını bildirmişdir.
Sonra layihə icraçısı, rayonda təcrübəli psixoloqlardan sayılan T.Elmir iclas iştirakçılarını salamlayaraq layihənin məqsədi, icra planı, görüləcək işlərlə bağlı ətraflı məlumat vermişdir. Elmir müəllimdə öz növbəsində təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsinin təşkilatçılarına ucqar kənd məktəbinə göstərdikləri böyük etimada görə təşəkkür etmişdir. Məktəbi tədris tədris işləri üzrə direktor müavini Ə.Natiq müəllim də məktəbin fəaliyyəti dövründə ilk olan bu tədbir və ekskursiyaların Şirvanlı kəndi və məktəbi üçün çox qürurverici bir hal olduğunu vurğulamışdır.
Valideynlər adından çıxış edən R.Fuad ucqar bir kənddə belə bir layihənin həyata keçirilidiyi və şagirdlərin maarifləndirlməsi üçün göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikası Təhsil Nazirliyinə, məktəb kollektivinə və layihə rəhbər, icraçılarına təşəkkürünü ifadə etmişdir. Sonda şagirdlərə layihə icraçıları tərəfindən Azərbaycan Respublikası rəmzlərinin əks olunduğu papaq, köynək və döş nişanları təqdim edilmişdir.

Azərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2ci qrant müsabiqəsinin qalibi “Gəzdiklərim, gördüklərim, düşündüklərim” layihəsiAzərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2ci qrant müsabiqəsinin qalibi “Gəzdiklərim, gördüklərim, düşündüklərim” layihəsiAzərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2ci qrant müsabiqəsinin qalibi “Gəzdiklərim, gördüklərim, düşündüklərim” layihəsiAzərbaycan Respublikası Təhsil Nazirliyinin “Təhsildə inkişaf və innovasiyalar üzrə 2ci qrant müsabiqəsinin qalibi “Gəzdiklərim, gördüklərim, düşündüklərim” layihəsi

Tehsil-press.az

Oxşar xəbərlər