Azərbaycan Texniki Universiteti daha bir beynəlxalq qurumla əməkdaşlığa başlayıb

Azərbaycan Texniki Universiteti daha bir beynəlxalq qurumla əməkdaşlığa başlayıb Oktyabrın 10-da Azərbaycan Texniki Universiteti (AzTU) ilə Müstəqil Dövlətlər Birliyi Parlamentlərarası Assambleyasının demokratiyanın, parlamentarizmin inkişafının və vətəndaşların seçki hüquqlarına riayət olunmasının monitorinqi beynəlxalq institutunun (MDB PAA DİMBİ) Bakı filialı arasında memorandum imzalanıb.
Universitetdən AZƏRTAC-a bildirilib ki, müqavilədə birgə seminarların, konfransların keçirilməsi, kitabların nəşrləri və digər bu kimi əməkdaşlıqlar nəzərdə tutulub.
Memorandumun imzalanma mərasimindən sonra ilk əməkdaşlıq olaraq hər iki tərəfin iştirakı ilə ”Azərbaycan Respublikasında insanların hüquq və azadlıqlarının müdafiəsi sahəsində dövlət dəstəyi” mövzusunda seminar keçirilib.
AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru, professor Sübhan Namazov tədbirin mahiyyətindən, insan hüquqlarının önəmindən bəhs edib. Prorektor bildirib ki, Azərbaycanda insan hüquq və azadlıqlarının tənzimlənməsi üçün ümummilli lider Heydər Əliyev tərəfindən sistemli və önəmli addımlar atılması ölkəmizin müasir və ədalətli qanunvericiliyə malik dövlət kimi formalaşmasına şərait yaradıb. Bunun bariz nümunəsi olaraq bu gün də respublikamızda insanların hüquq və azadlıqları haqqında verilən sərəncamları, keçirilən tədbirləri qeyd edən prorektor Azərbaycanda vətəndaş-dövlət münasibətlərinin ən yüksək səviyyədə olduğunu vurğulayıb.
Seminarda iştirak edən MDB PAA DİMBİ Bakı filialının direktoru Elman İmaməliyev ölkəmizdə ən ali insan hüquqlarının cəmiyyətimizin humanizminin təzahürü kimi özü-özlüyündə formalaşdığını, dini, irqi və milli ayrı-seçkiliyin olmadığını vurğulayıb. O qeyd edib ki, Azərbaycanda aparılan dövlət siyasəti məhz insanların hüquq və azadlıqlarının qorunması prinsipinə uyğun olaraq həyata keçirilir.
Daha sonra AzTU-nun ictimai fənlər kafedrasının müdiri, professor Şikar Qasımov Azərbaycanda insan haqlarının təmin olunmasının hüquqi tərəflərindən danışaraq bildirib ki, dövlətin ali məqsədi insanların hüquq və azadlıqlarını təmin etməkdir.
Digər çıxış edənlər də vurğulayıblar ki, Azərbaycanda insan hüquqları vətəndaşların azadlıqlarının təmin olunmasını, haqlarının qorunmasını tələb edir.

AzTU-nun Mətbuat Xidməti


Azərbaycan Texniki Universiteti daha bir beynəlxalq qurumla əməkdaşlığa başlayıbAzərbaycan Texniki Universiteti daha bir beynəlxalq qurumla əməkdaşlığa başlayıb

Oxşar xəbərlər