Oktyabrın 18-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin nəzdində fəaliyyət göstərən Azərbaycan-Fransız Universitetində (UFAZ) “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 5 illiyi çərçivəsində media nümayəndələri üçün “Təhsil işçilərinin əlavə təhsilinin təşkilində yeniliklər” mövzusunda seminar keçirilib.
Tədbirdə Təhsil Nazirliyi və Təhsil İşçilərinin Peşəkar İnkişafı İnstitutunun (TİPİİ) əməkdaşları, təhsil ekspertləri, media nümayəndələri iştirak ediblər.
İnstitutun direktoru Vəfa Yaqublu Prezident İlham Əliyevin müvafiq Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətindən danışıb və bildirib ki, ötən 5 il ərzində təhsil sahəsində müsbət dinamika müşahidə olunub, uğurlu nəticələr əldə edilib. Bu uğurların əhatəliliyinin artması və davamlı xarakter alması isə təhsilin daha əlçatan, keyfiyyətli olmasına zəmin yaradır.
Qeyd edilib ki, strategiya müəllim hazırlığının təkmilləşdirilməsində və müəllim peşəsinin ictimai nüfuzunun artırılmasında xüsusi önəm daşıyır. 2018-2019-cu tədris ili üçün müəllimlərin işə qəbulu üzrə müsabiqədə 50 minə yaxın namizəd iştirak edib, 5 mindən çox namizəd müəllim adını qazanaraq işə qəbul olunub. Ötən illərlə müqayisədə müəllim işləmək arzusunda olanların sayında 3 dəfə artım müşahidə edilib. Ali məktəblərə sonuncu qəbul imtahanında isə 500 və daha yüksək bal toplayan abituriyentlər arasında 2 min 90 nəfər müəllim peşəsini seçib.
İnstitutun direktor müavini Nəzakət Mehdiyeva “Təhsil işçilərinin əlavə təhsilinin təşkilində yeniliklər” mövzusunda təqdimatla çıxış edib. Təqdimatda təhsil sistemində keyfiyyəti yüksəltmək və müəllimlərin peşəkar inkişafına dəstək olmaq məqsədilə həyata keçirilən tədbirlər, yeni ixtisasartırma proqramları barədə məlumat verilib.
Bu il 2 şəhər və 32 rayonda fənlərin məzmunu üzrə 12 min 50 müəllim üçün ixtisasartırma təliminin keçirildiyini diqqətə çatdıran institutun direktor müavini Namiq Nağıyev qeyd edib ki, ümumilikdə 2015-2018-ci illərdə 29 mindən çox müəllim ixtisasartırma təlimlərinə cəlb olunub. Eyni zamanda, bu ilin 9 ayı ərzində 6 min 74 müəllim yekun qiymətləndirmə imtahanlarında iştirak edib, cari ilin sonunadək daha 25 min 182 müəllimin qiymətləndirilməsi planlaşdırılır.
Seminarda mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.
Qeyd edək ki, “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın 5 illiyi çərçivəsində media nümayəndələri üçün seminarlar davam edəcək.
Növbəti seminar Mingəçevirdəki “ASAN Peşə” Təhsil Mərkəzində olacaq.
Kəmalə Rəhimli