Oktyabrın 19-da XVIII Dünyada İtalyan dili həftəsi çərçivəsində Bakıda olan İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellati Azərbaycan Dillər Universitetinin (ADU) Elmi Şurasının qərarına əsasən Azərbaycan və İtaliya arasında ictimai-siyasi, humanitar, elm və mədəniyyət sahələrində əlaqələrin möhkəmləndirilməsinə və iki ölkənin xalqları arasında dostluq əlaqələrinin gücləndirilməsinə verdiyi töhfələrə görə ADU-nun fəxri doktoru adı ilə təltif olunub.
Öncə ADU-nun rektoru Kamal Abdulla Maria Elisabetta Alberti Kasellati ilə görüşüb. Qarşılıqlı əlaqələrin müzakirə olunduğu görüşdən sonra qonağa ali məktəbin fəxri doktoru diplomunun təqdimetmə mərasimi keçirilib.
ADU-nun rektoru akademik K.Abdulla qonağı universitetdə görməyin qürur hissi doğurduğunu bildirib. İtalyan dili həftəsinin bütün dünyada keçirildiyini deyən K.Abdulla universitetdə italyan dilinin tədrisinin 2001-ci ildən başladığını diqqətə çatdırıb: “Bundan sonra italyan dili kafedrası açıldı. Daha sonra italyan dili mərkəzi fəaliyyətə başladı. Bu gün də bizim həmkarlarımızın öz italiyalı həmkarları ilə müxtəlif universitetlərlə sıx qarşılıqlı əlaqəsi davam edir və bu əlaqələr həm Azərbaycan, həm İtaliya alimlərini daha da yaxınlaşdırır”.
K.Abdulla Maria Elisabetta Alberti Kasellatinin ölkəmizə gəlməsinin münasibətlərin möhkəmlənməsinə və daha perspektivli olmasına zəmin yaratdığını bildirib. Rektor K.Abdulla qonağı ADU-nun fəxri doktoru adına layiq görülməsi münasibətilə təbrik edib, ona cansağlığı və siyasi fəaliyyətində uğurlar arzulayıb.
İtaliya Respublikası Senatının sədri Maria Elisabetta Alberti Kasellati Azərbaycanda olmaqdan məmnunluq duyduğunu söyləyib. O, ADU-nun fəxri doktoru adı ilə təltif olunmağın böyük şərəf olduğunu dilə gətirib: “Məni bu ada layiq gördüyünüz üçün təşəkkürümü bildirmək istərdim. Azərbaycan Dillər Universitetinin fəxri doktoru adını almaq ona görə şərəfdir ki, rektor Kamal Abdullanın buradakı akademik prosesi yüksək səviyyədə təşkil etdiyini bilirik”.
Sədr ölkələrarası əlaqələrin möhkəmlənməsinə daim dəstək olacağını bildirib: “Əmin ola bilərsiniz ki, mən öz tərəfimdən humanitar, mədəni, ictimai, iqtisadi və digər sahələrdə İtaliya və Azərbaycan arasındakı əlaqələrin inkişafına dəstək göstərəcəyəm. Çünki bu münasibətlər iki ölkə arasında olan səmimi dostluğun bariz nümunəsidir”. Dünyada keçirilən XVIII İtalyan dili həftəsi haqqında məlumat verən Maria Elisabetta Alberti Kasellati müxtəlif ölkələrin dillərini öyrənilməsi və mənimsənilməsinin ölkələrarası, həmçinin millətlərarası əlaqələrin inkişafında vacib amil olduğunu söyləyib: “Ən sevdiyim italiyalı yazıçılardan Karlo Dossinin öz qeydlərində “Ən yaxşı dil hansıdır?” sualına mən öz çıxışımda şair Nizami Gəncəvinin sözlərindən istifadə edərək “Ən yaxşı dil sudan dürr, daşdan gövhər çıxaran dildir” deyə cavab verirəm”. O, xalqlar arasında mövcud, davamlı və inkluziv münasibətləri daha aydın göstərmək üçün İtalya Respublikasının Konstitutsiyasının Azərbaycan dilinə tərcümə olunmasına söz verib.
Sonra fəxri doktor diplomu və mantiya təqdim olunub.
Sonda qonaq ADU-nun xatirə dəftərinə ürək sözlərini yazıb.
Təqdimetmə mərasimindən sonra ADU-da “İtalyan dili və Şəbəkə, İtalyan dilinin şəbəkələri” mövzusunda seminar keçirilib. Seminar italyan dilinin dünyada yayılmasını təsdiq edən məlumatlar və resursların araşdırılmasına, həmçinin italyan dilinin xarici dil kimi öyrənən tələbələr üçün də dilin inkişafının və İtaliyanın mədəni zənginliyinin aşkar olunmasına imkan yaradıb. Seminarda Milan Müqəddəs Qəlb “Universita Cattolica” professoru Silvia Gilardoni “Şəbəkədə italyan dili və mədəniyyəti”, Venesiya Ca”Foscari Universitetinin professoru Giuseppe Maugeri “İtalyan Şəbəkəsi – dünyada italyan dilinin yayılması üçün strategiyalar və resurslar”, ADU-nun müəllimi Gülnar Məlikova “İnternetdə italyan dilinin tədrisi”, Lomonosov adına Moskva Dövlət Universitetinin Bakı filialının müəllimi Elena Anatolevna Verşinina “İtalyan dili instagramda” mövzularında məruzələrlə çıxış ediblər. Təhsilin marketinq fəaliyyətinin təşviq edilməsində və beynəlxalq səviyyənin yüksəlməsində şəbəkənin faydalılığını qoruyub saxlamaq məqsədi daşıyan çıxışlarda italyan dili və mədəniyyətinin canlılığını beynəlxalq səviyyədə ifadə edə biləcək İtalyan şəbəkəsinin janr və mətnli tipologiya nümunələri, İtaliyanı öyrənmək və öyrətmək üçün faydalı nümunələr və resurslar, italyan müəllimləri üçün ixtisasartırma və əcnəbilərə dil tədrisi üçün imkanlar, italyan dilinin xarici dil kimi öyrənilməsi, dil imkanlarının genişlənməsi və italyan mədəni sərvətlərinin araşdırılması haqqında məlumat veriblər.
Qeyd edək ki, Dünyada İtalyan dili həftəsinin 18-ci buraxılışı “İtalyan dili və internet, italyan dili üçün sosial şəbəkələr” mövzusuna həsr olunub və oktyabrın 15-21 tarixlərində keçiriləcək. Tədbir İtalyan dili, internet, yeni informasiya texnologiyaları, sosial platformalar da daxil olmaqla, ümumi olaraq sosial kommunikasiyalar arasındakı qarşılıqlı əlaqə və təsirləri əhatə edir. Hər il oktyabr ayının üçüncü həftəsində diplomatik və mədəni şəbəkələr vasitəsi ilə həyata keçirilən İtalyan dili həftəsinin məqsədi italyan dilinin yayılmasını dəstəkləmək, geniş mədəni proqramın motivi kimi çıxış edən mövzuda cəmləşdirməkdir. Təşəbbüs 2001-ci ildə Xarici İşlər Nazirliyinin, Beynəlxalq Əməkdaşlıq və “Accademia della Crusca”-nın, daha sonra isə ölkənin rəsmi dillərindən birinin italyan dili olduğu İsveçrə Konfederasiyasının birgə əməkdaşlığı əsasında irəli sürülüb.
ADU-nun Mətbuat Xidməti