Avropanın ən çirkləndirilmiş şəhəri hansıdır?

Avropanın ən çirkləndirilmiş şəhəri hansıdır? Makedoniyanın Tetovo şəhəri Avropanın ən çirkləndirilmiş şəhəridir.
Bu barədə "numbeo.com" saytının tərtib etdiyi "Pollution Index 2018 Mid-Year" reytinqində bildirilir.
Tetovo şəhərinin ardınca İtaliyanın Neapol şəhəri gəlir, 3-cü yerdə Makedoniyanın paytaxtı Skopye qərarlaşıb.
Ən çirkləndirilmiş şəhərlərin ilk onluğuna həmçinin Tirana, Turin, Buxarest, Sarayevo, Krakov, Plovdiv və Kiyev şəhərləri də daxil olub.

Tehsil-press.az

Oxşar xəbərlər