BSU-da Mehdi Hüseynzadənin xatirəsi anılıb

BSU-da Mehdi Hüseynzadənin xatirəsi anılıb Bakı Slavyan Universitetində (BSU) Sovet İttifaqı Qəhrəmanı, İkinci Dünya müharibəsi dövründə antifaşist müqavimət hərəkatının görkəmli nümayəndəsi Mehdi Hüseynzadənin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə çıxış edən rektor Nurlana Əliyeva insanların faşizm əsarətindən xilas olmasında Mehdi Hüseynzadənin göstərdiyi misilsiz şücaətdən danışıb.
Vurğulanıb ki, Prezident İlham Əliyevin Mehdi Hüseynzadənin 100 illik yubileyinin keçirilməsi haqqında Sərəncamı milli dəyərlərimizə verilən çox yüksək qiymətdir. O, Mehdi Hüseynzadənin şərəfli ömür yolunun bu gün Vətənimizin sərhədlərini qoruyan gənclər üçün örnək olduğunu deyib, tələbələri məhz belə qəhrəmanlardan nümunə götürməyə, haqq, ədalət və bəşəri dəyərlər uğrunda döyüşmüş insanların xatirəsini heç vaxt unutmamağa çağırıb. Rektor çıxışının sonunda Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının Qadınlar Şurasının sədri Tamilla Şahbazova ilə birlikdə Sloveniyanın Çepovan kəndində Mehdi Hüseynzadənin məzarını ziyarət etmələrini xatırladıb.
T.Şahbazova Çepovan kəndindəki qardaşlıq qəbiristanlığında uyuyan Mehdi Hüseynzadənin məzarını ziyarətin bəzi məqamlarını yada salıb. O, Sloveniyadan gətirdiyi və üstündə Mehdi Hüseynzadənin büstünün şəkli olan suveniri universitetin muzeyinə hədiyyə edib.
AMEA-nın Fəlsəfə İnstitutunun əməkdaşı İlham Abbasov isə Mehdi Hüseynzadənin partizanlıq fəaliyyəti barədə müfəssəl məruzə ilə çıxış edib. O, Mehdi Hüseynzadənin “uzaq sahillərdəki” fəaliyyəti ilə bağlı bir çox qiymətli tarixi faktlara toxunub, onu tanıyan insanların xatirələrini danışıb. Mehdi Hüseynzadənin partizan dəstəsində tək olmadığı, həmin batalyonda 80 azərbaycanlının döyüşdüyü bildirilib.
Sonra BSU-nun tələbələri “Azərbaycan oğlu” şeirini, Mehdi Hüseynzadənin qələminə məxsus “Adriana sahillərində”, “Görən olsaydı” şeirlərini söyləyiblər. Həmçinin tələbələrin ifasında “Cənab leytenant”, “Qurban olduğum Azərbaycanım!” mahnıları səsləndirilib. Azərbaycan Mili Konservatoriyasının nəzdində Musiqi Kollecinin IV kurs tələbəsi Pünhan Piriyev Mehdi Hüseynzadənin sözlərinə yazılmış mahnını ifa edib.
Mehdi Hüseynzadənin bacısı oğlu Hənifə Əlizadə çıxış edərək tədbirin təşkilatçılarına təşəkkürünü bildirib.

BSU-nun Mətbuat Xidməti


BSU-da Mehdi Hüseynzadənin xatirəsi anılıbBSU-da Mehdi Hüseynzadənin xatirəsi anılıbBSU-da Mehdi Hüseynzadənin xatirəsi anılıbBSU-da Mehdi Hüseynzadənin xatirəsi anılıbBSU-da Mehdi Hüseynzadənin xatirəsi anılıbBSU-da Mehdi Hüseynzadənin xatirəsi anılıb

Oxşar xəbərlər