1994-cü il. Milli Məclis “Xocalı soyqırımı günü haqqında” xüsusi qərar qəbul edib. Qərarda hər il fevralın 26-nın Xocalı soyqırımı günü kimi qeyd edilməsi, bu barədə beynəlxalq təşkilatlara məlumat verilməsi nəzərdə tutulub.
2009-cu il. Bakıda Daxili İşlər Nazirliyinin “Təhlükəsiz şəhər” avtomatlaşdırılmış idarəetmə mərkəzi və general-leytenant Arif Heydərov adına Respublika hospitalı istifadəyə verilib. Prezident İlham Əliyev açılış mərasimlərində iştirak edib.
1886-cı il. Xalq qəhrəmanı Abbasqulu bəy Şadlinski anadan olub (1886-1930). O, 1918-ci ildə Naxçıvan, İrəvan, Dərələyəz, Zəngəzur və digər ərazilərdə daşnak-erməni quldur dəstələrinə qarşı könüllü xalq birləşməsinə (“Qırmızı tabor”) rəhbərlik edib. Yazıçı Fərman Kərimzadənin “Qarlı aşırım” romanı və “Axırıncı aşırım” filmi Abbasqulu bəy Şadlinskinin həyat və fəaliyyətindən bəhs edir.
1864-cü il. Azərbaycan ədibi, filosof və ədəbiyyat tənqidçisi, XX əsr Azərbaycan-türk ictimai fikrinin ən görkəmli nümayəndələrindən biri Əli bəy Hüseynzadə anadan olub (1864-1940). Ə.Hüseynzadənin əsərlərində təbliğ etdiyi “türkçülük, çağdaşlıq və islamiyyət” fəlsəfəsi Azərbaycanın üçrəngli bayrağının ideoloji əsasını təşkil edir. Prezident İlham Əliyev 2014-cü il yanvarın 21-də “Əli bəy Hüseynzadənin 150 illik yubileyinin keçirilməsi haqqında” Sərəncam imzalayıb.
1921-ci il. Müasir Azərbaycan təsviri sənətinin görkəmli nümayəndəsi, Xalq Rəssamı, Əməkdar İncəsənət Xadimi, Dövlət mükafatı laureatı, Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdçüsü, “Şərəf” və “Şöhrət” ordenli Oqtay Sadıqzadə anadan olub (1921-2014). O.Sadıqzadə müxtəlif janrlarda çəkdiyi əsərləri ilə şöhrət qazanaraq qısa müddətdə müasir Azərbaycan incəsənətinin inkişafında xüsusi xidmətləri ilə seçilən fırça ustasına çevrilib. Milli rəssamlıq sənətinin inkişafında müstəsna rol oynayan sənətkarın yaratdığı boyakarlıq və qrafika əsərləri dövrün sənət salnaməsidir və incəsənət tariximizdə özünəməxsus yer tutur.
1881-ci il. Görkəmli şair, yazıçı Abdulla Şaiqin doğum günüdür (1881-1959). Azərbaycan uşaq ədəbiyyatının formalaşmasında müstəsna xidmətləri olan A.Şaiq “Uşaq çeşməyi”, “Gülzar”, “Milli qiraət kitabı” və s. dərsliklər yazıb, ali məktəblərdə ədəbiyyat tarixindən dərs deyib.
Təhsil-press.az