Azərbaycan təhsilinin inkişafında böyük xidmətləri olan akademik Mehdi Mehdizadə altmış ildən çox bir müddətdə tükənməz enerji, gənclik həvəsi ilə yorulmadan elmi-pedaqoji fəaliyyət göstərib, tutduğu vəzifəyə məsuliyyəti, insanlara həssas münasibəti, qayğısı sayəsində daim pillə-pillə ucalıb, onu tanıyanların qəlbində özünə möhkəm yer tutub, unudulmaz xatirə, şəxsi nümunə qoyub gedib.
Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Riyaziyyat və Mexanika İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü Misir Mərdanov “Təhsilimizin nurlu siması” sərlövhəli məxsusi yazısında bu görkəmli şəxsiyyətin həyat və fəaliyyətindən söz açıb. Təhsil-press.az həmin yazını təqdim edir:
-Yanvarın 18-də tanınmış ictimai xadim, Azərbaycan maarifinə iyirmi ildən çox yüksək bacarıq və böyük fədakarlıqla rəhbərlik etmiş, pedaqoqika elminin görkəmli nümayəndəsi, SSRİ Pedaqoji Elmlər Akademiyasının təsisçilərindən biri, Əməkdar Elm Xadimi, akademik Mehdi Mehdizadənin anadan olmasının 115 illiyi tamam oldu. Bu böyük şəxsiyyətin həyatı və xalq maarifi yolunda gördüyü tarixi işəlrlə geniş ictimaiyyəti tanış etməyi özümə borc hesab edirəm.
Mehdi Məmməd oğlu Mehdizadə 1903-cü ildə Cəbrayıl qəzasının (indiki Cəbrayıl rayonu) Daşkəsən kəndində anadan olub. Daşkəsən kəndi Cəbrayılın böyük kəndlərindən biri idi. Həmin dövrdə kənddə dini təhsillilərlə yanaşı, dünyəvi təhsil alanlar da var idi. Atası Məmməd kişi də başqaları kimi oğlunu savadlı görmək istəyirdi. Onun arzusu oğlunun təhsil alması və doğma kəndlərində müəllim işləməsi idi. 1914-cü ildə Azərbaycanın bir çox kəndlərində olduğu kimi Daşkəsən kəndində də tədris rus dilində aparılan ibtidai məktəb açılıb. Mehdi həmin məktəbə daxil olanda onun 11 yaşı var idi. 1919-cu ildə 16 yaşlı Mehdi Daşkəsən kənd ibtidai məktəbinin ilk məzunlarından biri olub. 1920-ci ildə doğma kəndlərində qiraət komasının müdiri kimi müxtəlif mədəni tədbirlərdə iştirak etməyə başlayıb. Lakin onun arzusu müəllim olmaq, xalqının balalarına dərs demək, bilik öyrətmək idi. Həmin vaxt rayon mərkəzində altıaylıq pedaqoji kursların açılması ona arzusunu yerinə yetirməyə imkan yaradıb. Gənc Mehdi böyük həvəslə pedaqoji kursda oxuyub və oranı bitirdikdən sonra doğma kəndində müəllimliyə başlayıb. Yeri gəlmişkən qeyd edək ki, Mehdi müəllim 1921-ci ilin oktyabrını – müəllim olmaq arzusuna çatdığı ayı sonrakı bütün uğurlu pedaqoji fəaliyyətinin təməli hesab edərək həmişə sevinc hissi ilə xatırlayardı. O zamandan başlayaraq, M.Mehdizadə ömrünü sonsuz məhəbbətlə sevdiyi müəllimlik işinə həsr edib. Az sonra müdir olduğu birinci dərəcəli məktəbdə təlim-tərbiyə işini yüksək səviyyəyə qaldırıb, kəndli balalarını sevə-sevə, əzizləyə-əzizləyə məktəbə cəlb edib, onlar üçün dəftər-kitab tapıb gətirib, kövrək, kiçik ürəklərə əsl müəllim ürəyinin sonsuz məhəbbətindən pay verib. Həm öyrədib, həm də öyrənib, özünütəhsillə ciddi məşğul olub, biliyini artırıb. 1923-cü ildə Azərbaycan Xalq Maarif Komissarlığının inspektoru, görkəmli maarif xadimi, Qori Müəllimlər Seminariyasının (1906) və Tiflis Müəllimlər İnstitutunun (1907) məzunu Cavad Cuvarlı (1886-1963) M.Mehdizadənin müdir olduğu məktədbə yoxlama aparır və bu uğurların şahidi olur. Yüksək tədris nəticəsinə görə gənc müəllimi mukafatlandırırlar. Bu uğurların qazanılmasında Mehdininin atası Məmməd kişi ilə yanaşı, anası Tamaşa xanımın da böyük zəhməti olmuşdu.

Hüseyn Şərifov