Bakıda “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

Bakıda “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb Noyabrın 15-də Bakı Slavyan Universitetində (BSU) “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” mövzusunda beynəlxalq elmi konfrans öz işinə başlayıb. Bakı Slavyan Universiteti və Türkiyənin Reytinq Akademiyasının birgə təşkilatçılığı ilə keçirilən konfransda dövlət rəsmiləri, səfirlər, təhsil ekspertləri iştirak edirlər.
BSU-nun rektoru, professor Nurlana Əliyeva beynəlxalq elmi konfransı Azərbaycanın xarici ölkələrlə humanitar sahədə əməkdaşlığının möhkəmləndirilməsi istiqamətində atılan mühüm addım kimi dəyərləndirib. Azərbaycanın dünyada mövqeyinin möhkəmləndiyini bildirən professor Nurlana Əliyeva ölkəmizin artıq bəşəriyyəti maraqlandıran geniş spektrli dialoqların, fikir mübadilələrinin, müzakirələrin mərkəzinə çevrildiyini qeyd edib.
“Kaspi” Təhsil Şirkətinin təsisçisi və idarə heyətinin sədri, “Kaspi” qəzetinin təsisçisi, filologiya üzrə fəlsəfə doktoru Sona Vəliyeva mövzunun aktuallığını vurğulayıb və konfransın işinə uğurlar arzulayıb.
Sonra Ege Universitetinin professoru Fikrət Türkmənin, L.N.Qumilyov adına Avrasiya Milli Universitetinin professoru Şolpan Zharinbekovanın, Türkiyənin Reytinq Akademiyasının professoru Turqay Berksoyun və konfransın digər iştirakçılarının çıxışları dinlənilib.

BSU-nun Mətbuat Xidməti


Bakıda “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

Bakıda “Kulturoloji paradiqmalar və yeniləşən Azərbaycan” mövzusunda beynəlxalq konfrans öz işinə başlayıb

Oxşar xəbərlər