SDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi

SDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi Noyabrın 15-də Sumqayıt Dövlət Universitetində Azərbaycan Milli Elmlər Akademiyasının İnformasiya Texnologiyaları İnstitutu ilə birgə Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinə həsr olunmuş “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans öz işinə başladı.
Öncə rektor professor Elxan Hüseynov və konfrans iştirakçıları Sumqayıt şəhərində yerləşən Ümummilli Liderin adını daşıyan parka gələrək xalqımızın Ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini dərin ehtiramla yad etdilər.
Sonra qonaqlar universitetlə yaxından tanış oldular və Ulu Öndərin adını daşıyan Heydər Əliyev Mərkəzində ümummilli lider Heydər Əliyevin zəngin həyat və fəaliyyətinin bütün dövrlərini, o cümlədən müstəqil Azərbaycanın Prezidenti kimi xarici ölkələrə səfərlərini, nüfuzlu dövlət xadimləri ilə görüşlərini əks etdirən fotoşəkillərə, ulu öndərə həsr olunmuş kitablara baxış keçirdilər.
Rektor professor Elxan Hüseynov qonaqlarla “dəyirmi masa” ətrafında elmin, təhsilin inkişafına dair birgə əməkdaşlığın qarşılıqlı faydaları və perspektivləri barədə fikir mübadiləsi apardı. Qonaqlara universitet haqqında ətraflı məlumatları əks etdirən bukletlər və hədiyyələr təqdim olundu.
Konfransda respublikamızda fəaliyyət göstərən alimlər və mütəxəssislərlə yanaşı, xarici ölkələrin –Türkiyə, Qazaxıstan, Rusiya Federasiyasının bir sıra nüfuzlu ali məktəblərinin alimləri: Atırau Neft və Qaz Universitetinin İqtisadiyyat, biznes və informasiya texnologiyaları fakültəsinin dekanı professor Akmaral Jalqasbayeva, İstehsalatın avtomatlaşdırılması və informasiya texnologiyaları kafedrasının müdiri dosent Şınar Kodanova, Moskva Dövlət Humanitar İqtisad Universitetinin Tətbiqi riyaziyyat və informatika fakültəsinin dekanı Yelena Petrunina və assistent Elmin Bayramov, Voronej Dövlət Texniki Universitetinin Maşınqayırma istehsalatının avadanlıqlarının avtomatlaşdırlması kafedrasının dosentləri Olqa Popova, Aleksey Demidov, Perm Milli Politexnik Tətqiqat Universitetinin professoru Yevqeniy Moşev, Ufa Dövlət Aviasiya Texniki Universitetinin Hesablama riyaziyyatı və kibernetika kafedrasının professoru Mixayıl Verxoturov iştirak etdilər.
Konfransın plenar iclasını SDU-nun rektoru, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyasının Azərbaycan tərəfdən həmsədri, professor Elxan Hüseynov açaraq tədbir iştirakçılarını salamladı, ali məktəbin yaranma tarixi, onun fəaliyyət istiqamətləri, həyata keçirdiyi beynəlxalq proqram və layihələr barədə ətraflı məlumat verdi. Qeyd etdi ki, davamlı olaraq universitetimizdə Beynəlxalq, Respublika səviyyəli konfranslar keçirilir, bu da ikitərəfli münasibətlərimizin inkişafına böyük töhfələr verir. Bu gün Azərbaycan təhsilinin Avropaya inteqrasiyası ilə yanaşı, ali təhsil müəsissələrinin beynəlxalq əlaqələrinin genişləndirilməsi, müəllim-tələbə mobilliyinə və ikili diplomların Avropada tanınması istiqamətində mühüm lahiyələr gercəkləşir. Sumqayıt Dövlət Universitetinin professor-müəllim, tələbə heyəti dünyanın bir çox nüfuzlu ali məktəblərində layiqincə təmsil olunur, təcrübə keçir. Əldə olunan uğurlar beynəlxalq səviyyədə keçirilən konfranslarda maraqla qarşılanır.
Rektor çıxışında Azərbaycanın dövlət müstəqilliyini qazanmasından keçən illər ərzində respublikamızın həyatının bütün sahələrində, xüsusən də təhsil sahəsində böyük uğurların əldə edildiyini diqqətə çatdırdı. Bildirdi ki, Sumqayıt Dövlət Universiteti 55 il ərzində şərəfli inkişaf yolu keçib.Bu elm müəssisəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi, müxtəlif profilli yüksək ixtisaslı kadrlarının hazırlanması, ümummilli lider, müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin adı ilə bağlıdır. Rektor ümummilli lider Heydər Əliyevin təhsilə daim böyük önəm verdiyini, ulu öndərin ideyalarının Azərbaycan Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirildiyini vurğuladı. Bildirdi ki, elmin, təhsilin inkişafı, dövlətimizin demokratik dəyərlərə arxalanması, beynəlxalq nüfuzunun artması məhz möhtərəm Prezidentimiz cənab İlham Əliyevin apardığı uğurlu siyasətin nəticəsidir.Bu gün müasir dövr üçün aktual mövzuya həsr olunan beynəlxalq konfransın əhəmiyyətindən bəhs edən rektor onu da qeyd etdi ki, informasiya sistemləri və texnologiyaları (İKT) əsrində yaşadığımız bir zamanda belə bir konfransın keçirilməsi çox vacibdir. Cünki sürətlə yeniləşmə, modernləşmə və yeni intellektual nəslin formalaşması üçün daha böyük imkanlar yaradılıb. Prezident cənab İlham Əliyev tərəfindən ölkəmizdə İKT-nin inkişaf etdirilməsi üçün sərəncamlar imzalanıb, Dövlət proqramları qəbul edilib, informasiya cəmiyyətinin bərqərar olması üçün zəruri struktur islahatları aparılıb, müvafiq qanunvericilik bazası və texniki infrastruktur formalaşdırılıb, əlverişli investisiya mühiti yaradılıb. Elə bunların nəticəsidir ki, Azərbaycan informasiya-kommunikasiya texnologiyalarının inkişafı reytinqində davamlı olaraq irəliləyir.Dövlət idarəçiliyinin bütün səviyyələrində elektron xidmətlərin geniş yayılması şəffaflığı şərtləndirən başlıca cəhətlərdən biridir. Artıq Sumqayıt Dövlət Universitetində də tədris elektronlaşıb, universitetin elektronlaşması istiqamətində ciddi işlər aparılır. Rektor konfransın işinə uğurlar arzuladı.
İnformasiya Texnologiyaları İnstitutunun direktor müavini, texnika üzrə fəlsəfə doktoru, dosent Rəşid Ələkbərov çıxış edərək ölkəmizdə informasiya cəmiyyəti quruculuğu istiqamətində aparılan işlər, həyata keçirilən islahatlar və tədbirlərdən bəhs etdi. “Azərbaycan Respublikasında informasiya cəmiyyətinin inkişafına dair 2014-2020-ci illər üçün Milli Strategiya”dan da söz açan dosent Rəşid Ələkbərov bildirdi ki, sənədin əsas məqsədi ölkədə informasiya cəmiyyətinin bərqərar olması, onun yaratdığı imkanlardan vətəndaşların, cəmiyyətin, dövlətin inkişafı üçün səmərəli istifadə edilməsi, davamlı və dayanıqlı tərəqqinin təmin edilməsində iqtisadi sektor kimi İKT-nin rolunun artırılması, o cümlədən rəqabətədavamlı və ixracyönlü İKT sənayesinin qurulması, İKT-ni geniş tətbiq etməklə, biliklər iqtisadiyyatına keçidin təmin olunmasını reallaşdırmaqdır. Bu cür konfransların təşkili müxtəlif informasiya-texnologiya strukturlarının gördüyü işlərin işıqlandırılması və maarifləndirmə baxımından böyük əhəmiyyətə malikdir.Hesab edirik ki, belə konfranslar informasiya texnologiyaları üzrə gələcək innovasiyalara stimul verəcəkdir.
Azərbaycan Texniki Universitetinin prorektoru professor İlham Pirməmmədov çıxış edərək konfransın yüksək səviyyədə təşkilindən, təhsilimizin inkişafına verdiyi töhfələrdən və Azərbaycan elmi üçün geniş perspektivlər açdığını qeyd etdi, gələcəkdə səmərəli elmi axtarışların aparılması, innovativ elmi nəticələrin əldə olunması baxımından bu elmi bazadan faydalanmağın əhəmiyyətini vurğuladı.
Konfransda Ufa Dövlət Neft Texniki Universitetinin rektoru, Rusiya-Azərbaycan Universitetləri Assosiasiyanın Rusiya tərəfdən həmsədri, akademik Ramil Baxtizinin “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda keçirilən Beynəlxalq elmi konfransın gedişinə ünvanladığı təbrik məktubu oxundu.
Beynəlxalq Elmi konfrans çərçivəsində Atırau Neft və Qaz Universiteti ilə Sumqayıt Dövlət Universiteti təhsil və elmi-tədqiqat sahələri üzrə əməkdaşlıq müqaviləsi imzalandı.
Eyni zamanda SDU-nun Fizika və elektroenergetika fakültəsinin Elektromexanika kafedrasının müdiri dosent Turqay Hüseynov Atırau Neft və Qaz Universitetinin İstehsalatın avtomatlaşdırılması və informasiya texnologiyaları kafedrasının müdiri dosent Şınar Kodanova ilə kafedralar arasında əlaqələrin qurulması istiqamətində memorandum imzalandı.
AMEA –nın müxbir üzvü Ağasi Məlikov –“Ehtiyatların idarə edilməsi sistemlərində kütləvi xidmət modellərinin tətbiqi: problemin vəziyyəti və inkişaf perspektivləri”, Atırau Neft və Qaz İnstitutunun professoru Akmaral Jalqasbayeva “Qazaxıstan Respublikasında İnformasiya texnologiyaları (İT) sahəsi üzrə kadr hazırlığının vəziyyəti və problemləri”, Ufa Dövlət Aviasiya Texniki Universitetinin professoru Mixayıl Verxoturov “Qeyri-qabarıq obyektlərin davamsız yerləşdirilməsinin optimallaşdırma məsələləri: No Fit Polyhedronun obyekt və diskret məkanlarında qurulmasının xüsusiyyətləri”, SDU-nun Proseslərin avtomatlaşdırılması kafedrasının müdiri professor Cavanşir Məmmədov “Ali təhsil müəssisəsinin texnoparkının idarəetmə bölmələrinin sistemotexniki layihələndirmə mərhələsində modelləşdirmə alətlərinin təşkili” mövzularında məruzə ilə çıxış etdilər. Məruzə ətrafında maraqlı diskussiyalar aparıldı.
Konfrans işini iki gün ərzində altı bölmə üzrə davam etdirəcək.
Qeyd edək ki, konfransa 300-dən çox tezis qəbul edilmiş və konfrans materialları toplusu şəklində nəşr olunmuşdur.

SDU-nun Mətbuat Xidməti


SDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi
SDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildiSDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildiSDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildiSDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildiSDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildiSDU-da “İnformasiya sistemləri və texnologiyalar: nailiyyətlər və perspektivlər” mövzusunda Beynəlxalq elmi konfrans keçirildi

Oxşar xəbərlər