Martın 1-də Azərbaycan Dövlət Pedaqoji Univesitetində (ADPU) Regional İngilis Dili üzrə məsul şəxs cənab Con Silver professor-müəllimlərlə “Dərsin planlaşdırılması” mövzusunda treninq keçirib.
Tədbiri giriş sözü ilə açan ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Nigar Abbaszadə məlumat verərək bildirib ki, Amerika Birləşmiş Ştatlarının (ABŞ) Azərbaycandakı Səfirliyinin mədəniyyət məsələləri üzrə məsul şəxsi xanım Emi Petersonun təşəbbüsü ilə cənab Con Silver fevral ayının 28-dən mart ayının 3-dək Bakıda səfərdə olacaq. Səfərin məqsədi Azərbaycanda tətbiq olunan müxtəlif ingilis dili proqramları ilə tanış olmaqdır. Qeyd edib ki, cənab Con Silver Mərkəzi və Cənubi Amerikanın Regional Proqram üzrə məsul şəxsi kimi Vaşinqtonda iki il fəaliyyət göstərmişdir. O, eyni zamanda Ukraynanın İngilis dili üzrə baş əməkdaşı, Hindistan, Əfqanıstan, Rusiya və Azərbaycanda Soros Tədris əməkdaşı və Qazaxıstanda Sülh könüllüsü olmuşdur. Cənab Con Silver həm də Tədris Proqramında İncəsənətin beynəlxalq ustad təlimləri üzrə məktəbin məzunudur.
Sonra ABŞ-ın Azərbaycandakı Səfirliyinin İctimai əlaqələr şöbəsinin İngilis dili proqramları üzrə mütəxəssisi Zülfiyyə Şirinova çıxış edərək treninq iştirakçılarına uğurlar arzulayıb və sözü cənab Con Silverə verib. Cənab Con Silver treninq iştirakçılarına slayd vasitəsilə kurikulum, fəal-interaktiv təlim metodları, diskussiya və təlimin digər müasir üsul və yolları əsasında dərsin planlaşdırılmasının və əlaqələndirilməsinin üstünlükləri barədə məlumat verib, həmçinin dialoq formasında keçirilən dərs zamanı tərəflərin bir-biri haqqında lazımi informasiyanı necə əldə etməsini əyani şəkildə nümayiş etdirib. Bunun üçün iştirakçılara suallar paylanılıb. Bu suallar dialoq və müzakirə, eyni zamanda iştirakçıların fəallığı şəraitində cavablandırılıb. Bütövlükdə treninq uğurla keçib.
Sonda xatirə şəkli çəkdirilib.

İctimaiyyətlə əlaqələr şöbəsi