Dekabrın 10-da Bakı Slavyan Universitetinin (BSU) təşkilatçılığı ilə “Müasir cəmiyyət: beynəlxalq münasibətlər, gələcək naminə dialoq” mövzusunda beynəlxalq dəyirmi masa keçirilib. Dəyirmi masada Yunanıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolaos D.Kanellos, Avstriya Respublikasının Azərbaycandakı fəvqəladə və səlahiyyətli səfiri Alaksandr Bayerl, Bolqarıstan Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Nikolay Yankov, Belarus Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Aleksandroviç, Ukrayna Respublikasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişşenko, səfirliyin birinci katibi Georgi Selski, Rusiya Federasiyasının Azərbaycandakı səfirliyinin müşaviri Artyom Viktoroviç Barkov, Polşa Respublikasının Azərbaycandakı səfirliyinin müşaviri Artur Taraseviç, Azərbaycanın bir çox rəsmi dövlət strukturlarının rəhbərləri və universitetin tələbə-müəllim heyəti iştirak edib.
Tədbir iştirakçıları əvvəlcə Ümummili Lider Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar onun xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.
Tədbirin moderatoru Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səalhiyyətli səfiri Nikolaos D.Kanellos olub.
Dəyirmi masanı Bakı Slavyan Universitetinin rektoru, professor Nurlana Əliyeva açaraq BSU-nun slavyan ölkələri, o cümlədən Yunanıstan Respublikası və Türkiyə Cümhuriyyəti ilə sıx əlaqələrindən danışıb. O, BSU-nun tarixinə, keçdiyi inkişaf yoluna nəzər salaraq bu ali təhsil ocağının Ulu Öndər Heydər Əliyevin xeyir-duası və təşəbbüsü ilə ərsəyə gəldiyini vurğulayıb. N.Əliyeva hər bir ölkənin və cəmiyyətinin tərəqqisinin, inkişafının təhsilin səviyyəsi ilə bağlı olduğunu bildirib. O, bugünkü Azərbaycan gəncliyinin beynəlxalq aləmə inteqrasiya olunmasından, beynəlxalq layihələr vasitəsilə onların müasir dünyaya çıxış imkanı əldə etməsindən danışıb. N.Əliyeva nitqinin davamında BSU-da fəaliyyət göstərən tədris-mədəniyyət mərkəzləri vasitəsilə tələbələrin slavyan ölkələrininin mədəniyyəti, tarixi, etnoqrafiyası, siyasi-iqtisadi vəziyyəti ilə yaxından tanış olduqlarını deyib. Rektor Azərbaycanın multikultural olkə olduğunu, multikulturalizm siyasətinin dövlət tərəfindən hərtərəfli dəstəkləndiyini və bu ideyanın bütün ali məktəblərdə gənclərə aşılandığını bildirib. O, ölkə başçısının “Multikulturalizm Azərbaycanda həyat tərzidir!” fikrinin tədrisin bütün mərhələlərində özünü doğrultduğunu qeyd edib. O vurğulayıb ki, Azərbaycandakı xarici ölkə səfirlərini maraqlandıran əsas məsələlərdən biri də təhsil sahəsinin inkişafıdır. N.Əliyeva çıxışında səfirlik rəhbərlərini və nümayəndələrini universiteti müvafiq ixtisas üzrə bitirən gənclərimizin işlə təminatında dəstək olmağa çağırıb.
Daha sonra təhsil və müasir dünya, təhsilin problemləri, beynəlxalq layihələr və s. mövzularda müzakirələr aparan diplomatlar təhsil sahəsində beynəlxalq əməkdaşlığın vacibliyini bildirib və bu sahəyə öz töhfələrini verməyə hazır olduqlarını qeyd ediblər.
Tədbirin sonunda Yunanıstan Respublikasının ölkəmizdəki fövqəladə və səalhiyyətli səfiri Nikolaos D.Kanellos beynəlxalq konfransa ev sahibliyi etdiyinə və yüksək səviyyəli təşkilatçılığa görə BSU rəhbərliyinə minnətdarlığını bildirib. Səfir konfransın gündəmin aktual məsələlərindən birinə həsr olunduğunu diqqətə çatdıraraq dəyirmi masanın Azərbaycanın digər ölkələrlə humanitar istiqamətdə münasibətlərinə yeni töhfələr verəcəyinə əmin olduğunu deyib.
Sonra diplomatlarla gənclər arasında təhsilin müxtəlif problemləri ilə bağlı diskussiya və fikir mübadilərələsi aparılıb.

BSU-nun Mətbuat Xidməti