ADU-da Həmrəylik Günü münasibətilə tədbir keçirilb

ADU-da Həmrəylik Günü münasibətilə tədbir keçirilb Azərbaycan Dillər Universitetində (ADU) Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin təşkilatçılığı ilə 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü münasibətilə tədbir keçirilib.
Tədbiri açıq elan edən ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin dekanı dosent İbrahim Kazımbəyli Həmrəylik Gününün tarixindən danışıb. Qeyd edib ki, uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin 1989-cu ildə Arazın hər iki sahilində sərhəd yürüşü - Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, o taylı – bu taylı millətin həftələrlə Araz qırağında gecə-gündüz birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu dünya çapında bir daha canlandırmağa və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Dekan bildirib ki, 1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyevin dünya azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəylik Günü elan etməsi, azərbaycanlıların dünya çapında birləşmək istəyinin simvolik nişanı idi.
ADU-nun Regionşünaslıq kafedrasının müdiri dosent Sevdagül Əliyeva azərbaycanlıların dünyaya yayılması və diasporlaşması tarixindən söz açıb. Azərbaycan Kültür Dərnəyi, Amerikanın Azərbaycan Cəmiyyəti, Turan konqresi və azərbaycanlıların yaratdığı digər təşkilatlardan danışan S.Əliyeva qeyd edib ki, Dünya Azərbaycanlılarının Həmrəylik Günü bayramı dünyanın 70-dən çox ölkəsində qeyd olunur və həmrəylik günü Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilib.
ADU-nun Qafqazşünaslıq kafedrasının müəllimi Aygün Həsənova dünya azərbaycanlılarının konqres və qurultaylarından danışıb. O, Dünya Azərbaycanlılarının I Qurultayının ulu öndər, müstəqil Azərbaycanın qurucusu Heydər Əliyevin təşəbbüsü ilə 2001-ci ildə keçirildiyini xatırladıb. Qeyd edib ki, konqres və qurultaylar dünya azərbaycanlılarının birləşmələri, daha da fəal olmaları üçün çox önəmli rol oynayır.
ADU-nun Fəlsəfə və İctimai elmlər kafedrasının müdiri dosent Ədalət Abdiyeva dünyada yaşayan azərbaycanlı mədəniyyət adamları haqqında danışıb. Bildirib ki, Azərbaycan tək tarixi ilə yox, mədəniyyəti ilə də zəngindir. Ə.Abdıyeva çıxışında Müslüm Maqomayev, Tahir Salahov, Toğrul Nərimanbəyov, Əzizə Mustafazadə, Yusif Eyvazov, Teymur Rzayev, Çingiz Sadıqov və digər mədəniyyət xadimləri haqqında tədbir iştirakçılarına məlumat verib. Bildirib ki, onların fəaliyyəti tarix boyu Azərbaycanın adını daha da ucaldıb.
ADU-nun Regionşünaslıq kafedrasının əməkdaşı Xəyalə Ağayeva dünyada yaşayan azərbaycanlı alimlərdən söz açıb. Lütfi Zadə, Kərim Kərimov, Bəxtiyar Siracov, Qərib Mürşüdov, Həmdulla Mehrabov, Əbdül Hüseynov, Melikof İren, Şapur Ənsari, Teymur Sadıqov haqqında danışan X.Ağayeva azərbaycanlıların minilliklər boyu dünya sivilizasiyasına böyük töhfələr verdiyini vurğulayıb.
Tədbirdə ADU-nun Qafqazşünaslıq kafedrasının müdiri professor Əsgər Zeynalov “Dünya azərbaycanlıları” kitabının işlənib hazırlanması təklifi ilə çıxış edib.
ADU-nun tədris işləri üzrə prorektoru Əfqan Əbdullayev tədbirin təşkilatçılarına təşəkkürünü bildirib, tədbir iştirakçılarını, eləcə də universitetin kollektivini qarşıdan gələn 31 Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibətilə təbrik edib.
Sonda ADU-nun Beynəlxalq münasibətlər və idarəetmə fakültəsinin tələbələrinin hazırladığı video-rolik nümayiş olunub.

ADU-nun Mətbuat Xidməti


ADU-da Həmrəylik Günü münasibətilə tədbir keçirilbADU-da Həmrəylik Günü münasibətilə tədbir keçirilbADU-da Həmrəylik Günü münasibətilə tədbir keçirilbADU-da Həmrəylik Günü münasibətilə tədbir keçirilb


Oxşar xəbərlər