Əbu Əli ibn Sinaya həsr edilmiş əsərin surəti Azərbaycana gətirilib

Əbu Əli ibn Sinaya həsr edilmiş əsərin surəti Azərbaycana gətirilib Əlyazmalar İnstitutunun direktor müavini, filologiya üzrə elmlər doktoru Paşa Kərimov Məşhədin Astane-Qüdse-Rəzəvi kitabxanasından Orta Asiyanın böyük alimi Əbu Əli ibn Sinaya həsr edilmiş “Qisseyi-Ə bu Əli Sina” adlı əsərin surətini əldə etmişdir. Azərbaycan turkcəsində yazılmış bu əsər Osmanlı imperatoru II Səlimin oğlu, 21 il hakimiyyətdə olmuş III Murada (1574-1595) hədiyyə edilib. 99 vərəqdən ibarət, əsas hissəsi nəsrlə, əvvəli və sonu nəzmlə yazılmış bu əsərdə İbn Sina barədə tarixi faktlarla bərabər rəvayətlər də toplanmışdır.

Əlyazmalar İnstitunun
İctimaiyyətlə Əlaqələr şöbəsi

Oxşar xəbərlər