Azərbaycanda qeysəriyyə əməliyyatlarının sayını azaltmaq üçün “Robson təsnifatı” öyrəniləcək.
Bu barədə fikirlər Respublika Perinatal Mərkəzi ilə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) yerli ofisi birlikdə Respublikanın bütün şəhər və rayonlarından 120 mama-ginekoloqun iştirakı ilə keçirilən“Robson təsnifatı” ilə bağlı seminar-konfransda bildirilib.
Ölkə üzrə ilk dəfə keçirilən bu seminar-konfransın məqsədi son illərdə dünyada və ölkəmizdə kəskin şəkildə artan qeysəriyyə əmsalının müqayisəsi və monitorinqi vasitəsi olan “Robson təsnifatı”nın öyrənilməsi və onun səhiyyə müəssisələrində tətbiqinə yardım etməkdir.
“Robson təsnifatı”ndan istifadə olunması səhiyyə müəssisələrində qeysəriyyə əmsalına təsir göstərən qadın qruplarını müəyyənləşdirməyə və bu qrupların nəticələrini təhlil etməklə doğuşayardım xidmətinin keyfiyyətini qiymətləndirməyə yardım edəcək. Bu sistem həmçinin toplanmış məlumatların əhəmiyyəti, şərhi və istifadəsi ilə bağlı heyətin maarifləndirmə səviyyəsini artırmağa öz töhfəsini verəcək.
Qeysəriyyə kəsiyi əməliyyatı dünyada, xüsusilə yüksək və orta gəlirli ölkələrdə artan templə davam edən ən geniş yayılmış əməliyyat növlərindən biridir. İnsan həyatını xilas etməsinə baxmayaraq, bu əməliyyat çox vaxt tibbi ehtiyac olmadan aparılır, bu da qadınlar və körpələr üçün qısa və uzunmüddətli sağlıq problemləri ilə üzləşmə riski yaradır. Ümumdünya Səhiyyə Təşkilatı hər xəstənin düşdüyü vəziyyətə uyğun ehtiyaclarını qarşılamağın əhəmiyyətini vurğulayır və yalnız tibbi zərurət yarandıqda bu əməliyyatı tövsiyyə edir.
Tehsil-press.az