Bakıda doğum evində ana ölümü baş verib

Bakıda doğum evində ana ölümü baş verib Bakıda 7 saylı doğum evində ana ölümü baş verib.
Səhiyyə Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Səfayə Əhmədova özəl olaraq Tehsil-press.az-a bildirib ki, iyulun 4-də Türanə Məmmədova Xroniki Gepoksiya diaqnozu ilə 7 saylı Doğum evinə daxil olub. Həmin gün 12:30 Qeysəriyyə kəsiyi ilə əməliyyat aparılıb və 3 kilo 300 q çəkidə diri oğlan uşağı azad olub. Əməliyyatdan sonra ananın uşaqlığında kəskin qanaxma başlayıb. Bütün lazımi reanimasiya tədbirlər görülüb. Görülən tədbirlərə baxmayaraq zahılıq dövrünün birinci sutkasında T.Məmmədovada bioloji ölüm baş verib.
Meyitin potoloji anatomik müayinəsi təşkil edilib. Hazırda SN Doğuşayardım Komissiyası tərəfindən araşdırma aparılır. Nəticələr məlum olandan sonra açıqlama veriləcək.

Tehsil-press.az

Oxşar xəbərlər