“Ən yaxşı təqdimat” müsabiqəsi keçiriləcək

“Ən yaxşı təqdimat” müsabiqəsi keçiriləcək Təhsil naziri Ceyhun Bayramov ümumtəhsil məktəblərinin şagirdləri arasında ümummilli lider Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr edilən “Ən yaxşı təqdimat” müsabiqəsinin keçirilməsi barədə əmr imzalayıb.
Müsabiqənin keçirilməsində məqsəd Ulu Öndərin zəngin siyasi irsinin, şərəfli ömür və fəaliyyətinin gənc nəsil tərəfindən öyrənilməsi işini daha da gücləndirməkdir.
Müsabiqə ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdlərinin iştirakı ilə rayon (şəhər) və ölkə üzrə olmaqla iki mərhələdə təşkil ediləcək.
“Ən yaxşı təqdimat” müsabiqəsinin ilk mərhələsi 2019-cu ilin fevral-mart aylarında rayon və şəhərlərdə, ölkə mərhələsi isə aprel ayında Bakı şəhərində keçiriləcək.

Tehsil-press.az


Oxşar xəbərlər