Şəki şəhərində Azərbaycan Respublikasının Gənclər Fondunun (AzGF) maliyyə dəstəyi ilə ADPU-un Ağcabədi filialının Tarix və Coğrafiya fakültəsinin IV kurs tələbəsi Xaliq Abbasovun fərdi layihəsi olan "Sağlam gələcək, İdmanla gələcək" adlı gənclərin regional voleybol yarışı layihəsinin açılışı və ilk mərhələsi baş tutub. Qeyd edək ki, layihənin açılışı Milli Qəhrəman Mübariz İbrahimovun 31-ci doğum gününə həsr edilib.
Açılış mərasimində ilk olaraq ADPU-un Şəki filialının IV kurs tələbəsi və yarışların Şəki üzrə regional koordinatoru Araz Hüseynov çıxış edərək iştirakçıları və qonaqlarları salamladı, onları tələbələrə təqdim etdi.
Sonra söz layihə rəhbəri Xaliq Abbasova verildi. O, layihə haqda ümumi məlumat verərək əsas məqsədin regionlarımızdakı gənclərimizin asudə vaxtlarının səmərəli təşkilinə dəstək vermək və onları təşviq etmək olduğunu qeyd elədi.
Çıxış edən ADPU-un Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərov son illər Azərbaycan Dövlət Pedaqoji Universitetində aparılan məqsədli və ardıcıl islahatlardan, tələbələrin tədris keyfiyyəti və ictimai fəallıqlarının artırılması üçün atılan addımlardan, xüsusən bu konteksdə ADPU-un 5 regionda yerləşən filiallarına ayrılan diqqət və qayğıdan söz açdı. Bu və cari tədris ilində icra olunan onlarla digər layihələrin də filial tələbələrinin aktiv şəkildə ADPU ilə bağlılığını, onların ölkədə və beynəlxalq layihələrdə iştirakını stimullaşdırmaq məqsədi daşıdığını vurğuladı.
Sonra yarış başlandı. İlk yarışlar Şəki Olimpiya-idman kompleksində keçirildi. Gərgin mübarizənin sonunda “Avangers” komandası qalib gələrək finala vəsiqə qazandı.
Yarışdan sonra iştirakçıların təltifetmə mərasimi keçirildi. Mərasimdə ADPU-un Tədbirlərin təşkili və tələbələrlə iş şöbəsinin baş mütəxəssisi Sahil Qələndərov, Şəki şəhər Gənclər və İdman idarəsinin (Gİİ) rəisi Vüqar İsgəndərov, eyni zamanda Şəki Olimpiya-idman Kompleksinin rəhbəri Babək Həmidov çıxış etdilər, bu cür layihələrin rayonlarda keçirilməsinin əhəmiyyətindən söz açdılar və qaliblərə final mərhələsində uğurlar dilədilər. Layihə rəhbəri Xaliq Abbasov təşkilati dəstəyə görə ADPU rəhbərliyi və ADPU Şəki filialı, Gənclər Fondu, Şəki şəhər Gİİ və Şəki Olimpiya-idman Kompleksinin rəhbərliyinə öz təşəkkürünü bildirdi. Sonda komandalar təltif edildi və xatirə şəkli çəkdirildi.
Qeyd edək ki, növbəti yarışların fevralın 19-u Ağcəbədidə və daha sonra final mərhələsinin isə fevralın 20-də Cəlilabadda keçirilməsi planlaşdırılır.

ADPU, Taleh Mirzəyev