Səudiyyə Ərəbistanının energetika naziri: Neft bazarında əminlik tədricən qayıdır

Səudiyyə Ərəbistanının energetika naziri: Neft bazarında əminlik tədricən qayıdır Neft bazarında əminlik tədricən qayıdır.
Bunu Bakıda keçirilən OPEK+ iclasının yekunları üzrə mətbuat konfransında Səudiyyə Ərəbistanının energetika naziri Xalid Əbdüləziz Əl Falih deyib.
Nazir bildirib: "Bu gün biz neft hasilatının azaldılması üzrə razilaşmanın qüvvəyə mindiyi andan ilk dəfə görüşürük. Çoxumuz bazara balansın qaytarılmasına kömək edib. Biz görürük ki, əminlik tədricən qayıdır. Fikrimcə, görüləsi çox iş var. Biz əvvəlki kimi neftə olan tələbat və onun təklifi üzrə monitorinq aparmağa hazırıq".
Nazir qeyd edib ki, qısamüddətli perspektivdə neftin həddindən artıq bolluğu riski var: "Uzunmüddətli perspektivdə əməkdaşlıq tələb olunur".

Tehsil-press.az



Oxşar xəbərlər