Azərbaycan Universitetində İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin www.enterpriseazerbaijan.com portalı və Vergilər Nazirliyinin dəstəyilə “Startapa necə başlamalı: İqtisadi, hüquqi və təşkilati əsaslar” mövzusunda təlim keçirilib. Yeni ideya və layihələr həyata keçirmək istəyən startapçıları, o cümlədən kiçik və mikro sahibkarları biznesə başlamanın hüquqi və praktiki tərəfləri haqqında məlumatlandırmaq məqsədilə təşkil edilən təlimdə universitetin 100-dən çox tələbəsi iştirak edib.
Elmi işlər üzrə prorektor Yusif Qasımov tədbirin açılışında çıxış edərək bildirib ki, Azərbaycan Universiteti tələbələri iş həyatına hazırlamaq istiqamətində dövlət və biznes qurumları, qeyri-hökumət təşkilatları ilə əməkdaşlıq çərçivəsində müxtəlifyönlü tədbirlər və layihələr həyata keçirir. Prorektor belə silsilə tədbirlərdən yenisinin www.enterpriseazerbaijan.com portalı vasitəsilə həyata keçirildiyini və tələbələr üçün çox faydalı olacağına inandığını bildirib. Təlimdə www.enterpriseazerbaijan.com portalının meneceri Aytən Məmmədova bu startap portalın fəaliyyəti və həyata keçirilən layihələr haqqında danışıb. Azexport.az portalının rəhbəri Zaur Qardaşov iştirakçıları saytın fəaliyyəti Baku E-Commerce Academy ilə birlikdə həyata keçirilən “Amazonla qazan” layihəsi və internetdə özünüməşğulluq haqqında məlumatlandırıb. Vergilər Nazirliyinin nümayəndəsi Hacı Qasımov “Vergi məcəlləsinə 2019-cu il yanvarın 1-dən qüvvəyə minmiş dəyişikliklər, onların tətbiqi mexanizmi, yeni anlayışlar, tətbiq edilən mexanizmlər” haqqında məlumat verib. “EnterpriseAzerbaijan” portalının ekosistemində yer alan və “British Council”ın “Kreativ qığılcım” layihəsinin meneceri kimi fəaliyyət göstərən Oruc Dursunzadə layihənin praktiki tərəfləri barədə danışıb.
Portala layihəsi daxil edilən və təlim müddətində müzakirənin məzmununu vizual olaraq yaradan gənc startapçı Nərmin Fərzəliyevanın rəsmi menecer Aytən Məmmədova tərəfindən Azərbaycan Universitetinin elmi işlər üzrə prorektoru Yusif Qasımova təqdim olunub.
Qeyd edək ki, portal ölkəmizin müxtəlif universitetlərində biznesə başlama və startap barədə maarifləndirici tədbirlər keçirir. Tələbələrin uğurlu layihələri EnterpriseAzerbaijan.com portalına daxil ediləcək və bu layihələr maliyyələşdirilmək üçün mələk, toxum və vençur investorlara təqdim olunacaq.

İctimaiyyətlə əlaqələr şöbəsi