Şöhrətin də öz bədəli var. Kanar adalarındakı El Yerro çimərliyi də “Instagram” sosial şəbəkəsi ucbatından bir ildən artıqdır ki, bunun əvəzini ödəyir. Çimərlik qum əvəzinə kiçik əhəngli yosunlarla – popkorna bənzər rodolitlərlə örtülüb. Ekspertlərin sözlərinə görə, buraya gələnlər özləri ilə hər ay 10 kiloqramadək yosun aparırlar.
Şəhər şurası ildə yarım milyon turist qəbul edən və 25 min əhalisinin yarısından çoxunu əcnəbilərin təşkil etdiyi bələdiyyənin sakinləri və qonaqları üçün nəzərdə tutulan “La Oliva” adlı informasiya-maarifləndirmə kampaniyası işləyib hazırlayır. Bu təşəbbüs sayəsində onlar bələdiyyənin təhsil mərkəzlərində danışıqlar aparır, həmçinin turoperator və bələdçilərlə əməkdaşlıq edirlər.
“Instagram”da #PopCornBeach həştəqi ilk dəfə 2015-ci il iyunun 27-də yaradılıb. Bu barədə “American Fox News”dan başlamış Böyük Britaniyanın “Daily Mail” qəzetinədək bir sıra dünya KİV-ləri ötən ilin sonunda həyəcan təbili çalıblar.
Dənizin 20 metrədək dərinliyində artan rodolitlər və ya əhəngli yosunlar qeyri-adi hadisədir. Paleontoloq və Tenerife Təbiət Muzeyinin kuratoru Ester Martin qeyd edir ki, çimərliyin yerləşdiyi ərazi mühafizə olunan təbiət zonası sayılmasa da, qanun bu ərazidən digər hər hansı təbiət elementləri kimi rodolitlərin də aparılmasına icazə vermir və buna görə cərimə nəzərdə tutulub. E.Martin bu çimərlikdəki dəniz yosunları skeletlərinin əksəriyyətinin dörd min ilə yaxın yaşı olduğunu, amma bəzi rayonlarda onların 120 min ildən çoxdur ki, hava təsirlərinə məruz qalaraq qazıntı halında olmalarını qeyd edib. O bildirib ki, hətta ən kiçik hesablamalara görə, adanı tərk edən ziyarətçilər özləri ilə hər ay 10 kiloqramadək rodolit aparırlar. Bu isə ildə 120 kiloqram, on illər ərzində isə bir tondan çox rodolit deməkdir.

Nigar Cəfərli