Aprelin 10-da “ İnşaat-İş” Həmkarlar İttifaqinda İnşaatçılar gününə həsr olunmuş yığıncaq keçirildi

Aprelin 10-da “ İnşaat-İş” Həmkarlar İttifaqinda İnşaatçılar gününə həsr olunmuş yığıncaq keçirildi Tədbiri Azərbaycan Respublikası «İnşaat-İş» Həmkarlar İttifaqının Sədri Umud Hüseynov açaraq bu bayram münasibəti ilə tədbir iştirakçılarını təbrik etdi. Bildirdi ki, Azərbaycanımızın bütün qurucu insanları bu günü əsil bayram ovqatı ilə qarşılayır, ikiqat sevinc anları yaşayırlar. Odur ki, bu günü bizə ərməğan etmiş Azərbaycan Prezidenti cənab İlham Əliyevə ölkə inşaatçılarının dərin minnətdarlıq duyğularını və sonsuz sevgisini çatdırmaq istərdik. Sözsüz ki, dünyanın ən şərəfli və xeyirxah peşə sahibləri olan inşaatçılar ən yüksək fəxri adlara, böyük titullara və öz peşə bayramlarını yüksək səviyyədə keçirməyə çox layiqdirlər. 2009-cu ilin dekabrında hər il 10 aprel tarixinin respublikamızda «İnşaatçılar Günü» peşə bayramı kimi qeyd olunması barədə Sərəncam imzalandı. Bu sərəncam sənətini sevən hər bir inşaatçını hədsiz sevindirdi. Bu, həm də cənab Prezidentin inşaatçılara olan qayğısı idi. Və 2010-cu ilin aprelin 10-da Opera və Balet Teatrının binasında müstəqillik tariximizin ilk “İnşaatçılar Günü” keçirildi. İnşaatçılarımız ən yüksək dövlət mükafatlarına, fəxri adlara layiq görüldülər. Və sözün əsl mənasında inşaatçılar tarixi bir gün yaşadılar. Və bu, inşaatçıları tikinti cəhbəsində yeni qələbələrə ruhlandırdı.
Keçirilən tədbirdə Respublika Komitəsinin sədri Umud Hüseynov “ İnşaat-İş” Həmkarlar İttifaqının “inkişafı, problemləri və perspektiv vəzifələri”ndən danışarkən qeyd etdi ki, xalqımızın rifahının yaxşılaşdırılması naminə aparılan işlər əməyin mühafizəsi, işçilərin sağlamlığı və digər bütün sahələrin fəaliyyətində müsbət irəliləyişlərə təkan vermişdir.
Bu, ilk növbədə həmkarlar ittifaqı komitələrinin xidmətlərinin fəaliyyətlərini peşə xəstəliklərinin qarşısının alınmasına, iş yerlərinin və sanitar-məişət otaqlarının, eləcə də istismar olunan avadanlıqların, texnoloji proseslərin əməyin mühafizəsi və texniki təhlükəsizliyinin tələblərinə uyğun olmasına, zərərli və təhlükəli işlərdə çalışan işçilərin vaxtaşırı təlimatlandırılmasına, tibbi müayinədən keçirilməsinə, işçilərin bədbəxt hadisələrdən və peşə xəstəliklərindən sosial sıgorta edilməsinə istiqamətləndirilmişdir.
Sədr çıxışında qeyd etdi ki, müəssisə və təşkilatların rəhbərləri ilə birgə fəaliyyətimiz gücləndiilmiş, kollektiv müqavilələr bağlanarkən güzəşt və imtiyazlara geniş yol verilmişdir. Bu məqsədlə “ Üzv müəssisə və təşkilatlarda kollektiv müqavilələrin bağlanmasında həmkarlar ittifaqının rolu “ mövzusunda seminar keçirimişdir. Kollektiv müqavilələrdə götürülən öhdəliklərin icrasından həm işəgötürən, həm də işçi faydalanır. Sağlam iş şəraiti yaranır. Onun hesabına istehsal göstəriciləri, müəssisə və işçilərin gəlirləri çoxalır.
Çıxışının sonunda bildirdi ki, məşğulluq məsələlərini aradan qaldırmaq üçün ilk növbədə qeyri-formal əmək münasibətləri tənzimlənməlidir. Daimi iş yerlərində müddətli əmək müqavilələrinin bağlanılması, müddətsiz əmək müqavilələrinin müddətli müqavilələrlə əvəz olunması və digər qeyrı-qanuni faktların üzə çıxarılması məqsədilə həmkarlar ittifaqı komitə sədrləri daha da səylə çalışmalıdır.
Sonda 2020-ci ildə «İnşaatçılar Günü» peşə bayramının 10 illik yubileyinin təntənəli qeyd olunması diləyi ilə bütün inşaatçıları bir daha təbrik etdi, can sağlığı və Azərbaycanımızın günü-gündən inkişafında tikinti quruculuq işlərinin böyük vüsət almasında onlara müvəffəqiyyətlər arzuladı.
Sonra “Akkord” Sənaye Tikinti İnvestisiya Korporasiya” ASC-nin Həmkarlar İttifaqı Komitəsinin sədri S.Ağayev çıxış etdi. Bir inşaatçı kimi ölkəmizdə tikinti işlərinin sürətlə getdiyindən danışdı. «İnşaatçılar Günü»nün bir tərəfdən peşə bayramı kimi qeyd olunmasına sevindiyini, digər tərəfdən mediya tərəfindən zəif işiqlandırıldığı üçün təəssüf hissini vurğuladı. Arzu etdi ki, gələcəkdə inşaatçılarımızin böyük səyi nəticəsində ölkəmizdə gedən yenidənqurma işləri daha da sürətlə inkişaf etsin. Və 10 illik yubileyimiz televiziya və mediyada geniş yer alsın.
“Dəmir-Beton-8” ASC HİK-nın sədr müavini K.Hüseynov 35 il tikinti sektorunda işlədiyini bildirdi və inşaatçı adı ilə qürur duyduğunu qeyd etdi. Bundan sonra da inşaatçılarımızın böyük nailiyyətlər qazanmasına inandığını söylədi.
Holçim Azərbaycan ASC-nin İctimaiyyətlə Əlaqələr şöbəsinin Meneceri, HİK-nin “Gender bərabərliyi və qadın problemləri üzrə komissiyası”nın sədri Tahirova Rəna xanım çıxış edərək bildirdi ki, təbii hələ görüləcək işlər çoxdur. Həmkarlar ittifaqının fəaliyyətinin həyata keçirilməsində komitənin hər bir üzvü fəal iştirak etməlidir. Əldə olunan nailiyyətlər ictimaiyyətə geniş çatdırılmalıdır.
Sonra söz Azərbaycan Respublikası «İnşaat-İş» Həmkarlar İttifaqının Baş Texniki Əmək müfəttişi Əliəddin Məmmədova verildi. O da həmçinin tədbir iştirakçılarını bü gün münasibəti ilə təbrik etdi və «İnşaatçılar Günü» , onun tarixi anları haqqında geniş məlumat verdi.
Söz “Korgöz”ASC Həmkarlar İttifaqı komitəsinin sədri Ağaverdi Şıxıyevə verildi. O, bütün inşaatçıları Peşə bayramı münasibəti ilə təbrik etdi və arzu etdi ki, gələcəkdə bu bayramın 10 illiyinin təntənəli qeyd edilməsi biz inşaatçılara nəsib olsun. Daha sonra Holcim Azərbaycan ASC Həmkarlar İttifaqı Komitə sədri Məmmədov Mübariz, “Dəmir-Beton-8” ASC HİK-nın sədri Məmmədov Fərzalı çıxış etdi . Onlar da son illər tikinti sahəsindəki irəliləyişlərdən danışdılar. Bütün bu yüksək naliyyətlərin Prezidentimizin bu sahəyə göstərdiyi diqqətin nəticəsi olduğunu bildirdilər.
Sonra təltiflərə başlanıldı.
“İnşaatçılar Günü” peşə bayramı mühasibətilə AHİK-in Fəxri Fərmanı ilə 9 nəfər , AR “İnşaat-İş” Həmkarlar İttifaqının Fəxri Fərmanı ilə 17 nəfər təltif olundu. Bildirildi ki, Prezidentin fərdi təqaüdünə 1 nəfərin, əməkdar mühəndis adına 2 nəfərin, “Tərəqqi” medalına 2 nəfərin təqdimatı verilmişdir. Bundan sonra tədbirdə Fəxri Fərman və qiymətli hədiyyələrlə təltif olunmuş iştirakçılara söz verildi. Mükafatçılar çıxış edərək bu gün münasibəti ilə Respublika Prezidentinə və «İnşaat-İş» Həmkarlar Komitəsinə öz dərin təşəkkürlərini bildirdilər. Onu da qeyd etdilər ki, bu Fəxri Fərman və mükafatlar onların gələcək işlərində, planlarında onlara böyük həvəs və dayaq olacaqdır. Onlara böyük ruh yüksəkliyi ilə quruculuğa və yaradıcılığa həvəsləndirəcəkdir.
Sonra xatirə şəkli çəkildi. Əlavə məlumat üçün. [email protected]

Mətbuat Xidməti



Oxşar xəbərlər