Azərbaycan Dövlət Pedaqoji Universitetində xarici mütəxəssisin fəaliyyəti haqqında universitet rəhbəriliyi ilə hesabat xarakterli görüşü keçirildi

Azərbaycan Dövlət Pedaqoji Universitetində xarici mütəxəssisin fəaliyyəti haqqında universitet rəhbəriliyi ilə hesabat xarakterli görüşü keçirildi Mayın 30-da ABŞ Dövlət Departamentinin maliyyələşdirdiyi “Fulbrayt İngilis dili tədris yardımçısı” (Fulbright English Teaching Assistant) proqramı çərçivəsində ötən ilin sentyabr ayından Azərbaycan Dövlət Pedaqoji Universitetində fəaliyyət göstərən İan Dooleyin universitetin rektoru, professor Cəfər Cəfərovla hesabat xarakterli görüşü keçirildi.
Prorektor və bəzi struktur rəhbərlərinin iştirakı ilə keçirilən görüşdə ilk olaraq rektor İan Dooleyə gördüyü işlərə görə təşəkkürünü bildirərək ABŞ səfirliyi ilə əlaqələrin genişlənməsinin, eyni zamanda ABŞ Dövlət Departamenti tərəfindən maliyyələşdirilən proqramların, o cümlədən Fulbrayt proqramının universitetdə aparılan islahatların dəstəklənməsi baxımından əhəmiyyətə malik olduğunu qeyd etdi. Prinston Universitetindəki təcrübəsinə əsasən kitabxananın fəaliyyətinin səmərəli təşkili, nadir kitabların və əlyazmaların dünya təcrübəsinə əsasən qorunub saxlanması şərtləri ilə bağlı verdiyi təkliflərlə tanış olduğunu deyən rektor gələcəkdə bu təkliflərin nəzərə alınacağını vurğuladı.
Beynəlxalq əlaqələr üzrə prorektor Nigar Abbaszadə sentyabr ayından etibarən İan Dooleyin “İngilis dili müəllimliyi” ixtisası üzrə dərslərə tədris yardımçısı kimi cəlb olduğunu, universitetin professor-müəllim və tələbə heyəti üçün danışıq klubları təşkil etdiyini, ABŞ səfirliyinin dəstəyi və Azərbaycan Müəllim İnkişafı Mərkəzi ilə birgə həyata keçirilən layihədə fəal iştirak etdiyini diqqətə çatdırdı.
Elm və innovasiyalar üzrə prorektor, professor Asəf Zamanov İan Dooleyin Kitabxana-İnformasiya Mərkəzinin əməkdaşları üçün kitabxana fəaliyyətinin daha səmərəli təşkili, eyni zamanda “Kitabxana fondunun mühafizəsi və kitabların saxlanması” mövzularında etdiyi təqdimatların əhəmiyyətindən bəhs edərək qonağa öz təşəkkürünü bildirdi.
Mütəxəssisin fəaliyyəti üçün yaradılan imkanlara görə minnətdarlığını bildirən ABŞ-ın ölkəmizdəki səfirliyinin mədəniyyət məsələləri üzrə mütəxəssisi Fərqani Əliyev öz növbəsində Pedaqoji Universitetdə aparılan islahatları yüksək qiymətləndirdi və səfirliyin əməkdaşlığa hər zaman açıq olduğunu qeyd etdi.
İan Dooley ona yaradılan şərait, göstərilən diqqət və qayğıya görə universitet rəhbərliyinə təşəkkür edərək gələcək fəaliyyətlərində uğurlar arzuladı.
Sonda xatirə şəkli çəkildi.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi


Azərbaycan Dövlət Pedaqoji Universitetində xarici mütəxəssisin fəaliyyəti haqqında universitet rəhbəriliyi ilə hesabat xarakterli görüşü keçirildi

Azərbaycan Dövlət Pedaqoji Universitetində xarici mütəxəssisin fəaliyyəti haqqında universitet rəhbəriliyi ilə hesabat xarakterli görüşü keçirildi

Oxşar xəbərlər