Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı Filialında Erasmus+ proqramı çərçivəsində həyata keçirilən EQAC (“Azərbaycan universitetlərində Keyfiyyətin Təminatı Mərkəzlərinin yaradılması və inkişaf etdirilməsi”) layihəsinin professor-müəllim heyəti və tələbələr üçün geniş təqdimatı keçirilib. ADPU-nun Keyfiyyətin təminatı şöbəsinin müdiri, siyasi elmlər üzrə fəlsəfə doktoru Rəşad Sadıqov Avropa Komissiyasının maliyyə dəstəyi ilə reallaşdırılan və Bakı Biznes Universitetinin (BBU) koordinatorluğu ilə həyata keçirilən layihə ilə bağlı geniş təqdimatla çıxış edib.
ADPU-nun Şamaxı Filialının direktoru, dosent Tünzalə Yusifova tədbri giriş sözü ilə açaraq universitetdə islahatların, yeniliklərin, müxtəlif layihələrin həyata keçirildiyini vurğulayıb. Bildirilib ki, ali təhsil müəssisəsinin inkişafı beynəlxalq əlaqələrinin yaradılması və genişləndirilməsi ilə sıx bağlı olduğu üçün Erasmus+ EQAC layihəsi qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi, onun təbliği və tətbiq edilməsi baxımından önəmlidir. Universitetdə yerinə yetirilən bu və digər layihələr ümumi inkişafa, tədrisin və idarəetmənin müasir tələblər səviyyəsinə çatdırılmasına böyük dəstək olur. Şamaxı Filialı da öz fəaliyyətini universitetin ümumi strateji inkişaf planına uyğun şəkildə quraraq ümumi prosesə dəstək verməyə çalışır.
Sonra Keyfiyyətin təminatı şöbəsinin müdiri Rəşad Sadıqov tədbir iştirakçılarını salamlayaraq EQAC layihəsi, onun mahiyyəti, məqsədi, Avropa standartları, layihə çərçivəsində ümumilikdə və eləcə də universitet üzrə görülmüş işlər haqqında təqdimat nümayiş etdirib. Layihənin detalları, tərəfdaş universitetlər, layihənin ali təhsil müəssisələrinə töhfəsi, əldə edilməsi gözlənilən nəticələr, keyfiyyətin təminatı ilə bağlı öyrənilmiş Avropa təcrübəsi haqqında danışıb. Layihənin sonunda universitetlərdə keyfiyyətin təminatı ilə əlaqədar daha mükəmməl idarəetmə sisteminin qurulması məqsədilə onlayn platformanın yaradılaraq tətbiq edilməsinin layihənin əsas məqsədlərdən biri olduğu qeyd edilib.
Vurğulanıb ki, 2017-2020-ci illəri əhatə edən layihə çərçivəsində ötən müddətdə bir sıra işlər həyata keçirilib, o cümlədən Keyfiyyətin təminatı şöbəsi yaradılıb, universitetin cari vəziyyət öyrənilib, özünütəhlil hesabatı hazırlanıb, tələb olunan digər müxtəlif sənədlər təsdiq edilib. Universitetetin layihə komandasının üzvləri layihə çərçivəsində müxtəlif respublika və beynəlxalq təlimlərdə iştirak ediblər.
Layihənin Avropalı tərəfdaşları Alikante Universiteti (İspaniya), Kral Texnologiya İnstitutu (İsveç), SMK Tətbiqi Elmlər Universiteti (Litva), Midlsaks Universiteti (Böyük Britaniya), EKT Akkreditasiya Təşkilatı (Litva), Azərbaycan üzrə Təhsil Nazirliyi, Bakı Biznes Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Naxçıvan Universiteti, Sumqayıt Dövlət Universiteti, Mingəçevir Dövlət Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Gəncə Dövlət Universiteti, Azərbaycan Turizm və Menecment Universiteti, Azərbaycan Kooperasiya Universiteti, Azərbaycan Texnologiya Universiteti, Odlar Yurdu Universitetidir.
Təqdimatda o da bildirilib ki, universitetdə keyfiyyətin təminatı baxımından vacib məqamlardan biri 2018-ci ildən etibarən professor-müəllim heyətinin illik fəaliyyətinin Reytinq Qiymətləndirməsinin tətbiq edilməsidir və bu, müəllimlər üçün motivasiya, onlar arasında sağlam rəqabət, diferensial əməkhaqqı sisteminin tətbiqinə şərait yaradır. Belə ki, son illərdə universitetin rektoru, professor Cəfər Cəfərovun təşəbbüsü və rəhbərliyi ilə
ADPU-da insan resurslarının inkişaf etdirilməsinə, nüfuzunun artırılmasına, peşəkarlıq səviyyəsinin yüksəlməsinə, çevik və səmərəli idarəetmənin dərinləşməsinə, müasir beynəlxalq təcrübənin tətbiqinə xüsusi diqqət yetirilir. Universitetdə professor-müəllim heyətinin işə qəbulu seçki yolu ilə, tədris-köməkçi heyətin işə qəbulu isə müsabiqə yolu ilə şəffaf, ədalətli və obyektiv şəkildə həyata keçirilir. Qeyd olunan bütün işlər ADPU-da təhsilin keyfiyyətinin yüksəldilməsi, müasir tələblərə cavab verən mütəxəssislərin hazırlanması üçün əlverişli şəraitin yaradılmasına xidmət edir.
Maraqla qarşılanan tədbir müxtəlif sualların cavablandırılması ilə yekunlaşıb.

ADPU-nun İctimaiyyətlə əlaqələr və marketinq şöbəsi