Çində təhsil barədə nələri bilmirik?
Vaxtilə Konfutsinin dilindən çıxmış məşhur deyimlərindən biri müasir Çinin əsas geosiyasi prinsipinə çevrilib. Filosof deyirdi ki, yüksək dağın başında oturmuş müdrik meymun aşağıda ölüm-dirim savaşına çıxmış yırtıcı pələngləri müşahidə edir. Onlar bir-birlərini parçalayır, yorur və əldən saldıqca, meymun da öz zamanını gözləyir. Budur, nəhayət ki, pələnglər bir-birlərinin sonuna çıxırlar və yalnız bundan sonra müdrik meymun dağın ətəyinə enir...
Konfutsinin dediklərini beynəlxalq siyasət müstəvisinə keçirsək, mənzərəni belə təsvir edə bilərik: Soyuq savaş dövründə Qərb və sosialist blokları, indi isə ABŞ-Rusiya qarşıdurması reallığında kənarda dayanıb iqtisadi əzələlərini möhkəmlədən Çin istəyinə nail olub. Ölkənin iqtisadi potensial baxımından dünya liderinə çevriləcəyi günün uzaq olmadığı deyilir. İqtisadi güc texnoloji sıçrayışın başlıca stimuludur. Çin şirkətləri ən müxtəlif sferalarda Qərbin aparıcı brendləri ilə yarışa girir və bir çox hallarda qalib gəlirlər. Çin böyük maliyyə mənbəyidir, iş adamları dünyanın istənilən nöqtəsində fəaliyyət göstərirlər. Çin yoxsul Afrikada ABŞ-a alternativ geosiyasi amil və maliyyə donoruna çevrilib.
Maraq dairəmiz təhsil və təhsil problemləridir. Bu baxımdan, cəmi bir neçə onilliyə miqyaslı nailiyyətlərə imza atmış ölkənin təhsil sistemini incələməmək qəbahət olardı. Çinin təhsilinin özəlliklərinə zaman-zaman toxunmuşuq, sistem sərtliyi ilə seçilir, məktəblərdə uşaqlar üçün demək olar ki, tətil və istirahət anlayışı yoxdur. Orta statistik çinli necə sübhdən gecəyədək çalışırsa, məktəbli və tələbə də eyni dinamikanı qorumalıdır. Çinin bir sıra ali məktəbləri dünya reytinqlərinə düşməyə başlayıblar. Hökumət xaricdən tələbə cəlb etmək məqsədilə çoxsaylı qrantları maliyyələşdirməkdən çəkinmir. Bütün bunlar Çində təhsil barədə bildiklərimizin üst qatıdır. Bəs nələri bilmirik?
Çıxış yolu əzbərləməkdir
Sovet dövründə təhsilə dair belə bir lətifə var idi: Bir gün amerikalı tələbədən soruşurlar ki, Çin dilini hansı müddətə öyrənə bilərsən? Düşünüb deyir ki, 6 aya çalışaram. Sonra eyni sualı alman tələbəyə verirlər, o da tərəddüd etsə də, 3 aya söz verir. Sovet tələbəsindən isə soruşanda qayıdır ki, nədir, sabah imtahandır? Sovet tələbəsinin arxayınçılığı bir yana, bir gecəyə imtahana yalnız əzbərçilik hesabına hazırlaşmaq olar. Lətifədə söhbət sovet tələbəsindən gedir, reallıqda isə çinli tələbələr bəlkə də dünyanın ən əzbərçilərindəndirlər. 500 səhifəlik kitab? Problem deyil. Çinli tələbə onu ilk səhifəsindən tutmuş son cümləsindən əzbərləyəcək. Çıxış yolu budur. Sovet tələbəsi bir gecəyə imtahana hazırlaşan kimi, çinli tələbə də səhərədək istənilən materialı əzbərləyə bilər.
Gələk məsələnin mahiyyətinə. Nə səbəbdən çinlilər əzbərçidirlər? Hər şeyin əsası uşaqlıqdan qoyulub. Uşaqlar ən kiçik yaşlarından valideynlər və yaxın qohumların təhsil pressinqindədirlər. Söhbət nədən gedir? Bildiyiniz kimi, bu ölkədə xeyli müddətdir “bir ailə, bir uşaq” prinsipi hökm sürür. Hər ailə özünün yeganə uşağına başlıca ümid olaraq baxır. İqtisadi qüdrətinə baxmayaraq, Çində pensiya və sosial paketlər olduqca zəifdir. Odur ki, yaşlı nəslin ümidi böyüyən övladdır.
Qloballaşan dünyada və Çində yaxşı işə və qazanca necə nail olacaqsan? Təbii ki, təhsilin hesabına. Odur ki, hər bir ailə övladının yaxşı oxuması və daha çox bilməsi uğrunda dəridən-qabıqdan çıxır.
Uşağı o qədər təhsil materialları ilə yükləyirlər ki, onun ən körpə vaxtlarından əyləncə və istirahətə demək olar vaxtı qalmır. Əzbərçiliyin başlıca mənbəyi və səbəbi budur. 10 yaşlı qız uşağını ingilis dilindən hazırlaşdıran bir əcnəbi müəllimin dediyinə görə, körpənin həftəlik məşğuliyyət proqramı beləymiş: hər gün 6 saatlıq dərs, ingilis, fransız, ispan dilləri üzrə hazırlıq, üzgüçülük, rəsm dərnəyi, rəqs və atçılıq. İngilis dili müəllimi uşağın valideyinlərindən övladlarının nə zaman əyləndiyini və həmyaşıdları ilə oynadığını soruşduqda, ata və ana pedaqoqu bir müddət anlamağa çətinlik çəkiblər.
Köçürmək olmaz
Çinli tələbə ilə imtahanda yarışmağın heç bir mənası yoxdur. Çinlilər bütün imtahanların öhdəsindən gələcəklər. Özü də öz gücləri ilə. Köçürmək qəti şəkildə olmaz və mümkün də deyil. Kiminsə buna cüzi cəhdi dərhal aşkar olunur. Belə bir halın mövcudluğunu ilk olaraq elə digər tələbələr xəbərləyirlər.
Digər tərəfdən, Çində imtahanlarda kitabdan istifadə etmək olar, yəni dərsliyin sınağa götürülməsi qadağan deyil. Ancaq tələbələrin dediyinə görə, imtahan sualları o qədər praktiki olur ki, kitabın adama demək olar köməyi dəymir.
Yeyib-içən tələbə yaman olmaz
Çinin ali məktəblərində bizi ən çox təəccübləndirəcək fərq tələbələrin auditoriyadakı davranışları ola bilər. Dərs zamanı yemək və içmək adi haldır. Bir də gördün kimsə şokoldla kofe içməyə başladı. Digəri isə çantasından ya lapşa çıxaracaq, ya hamburger və iştahla yeməyə girişəcək. Çinlilərin yeyərkən ağızlarını “marçıldatmaları” adi haldır və buna görə utanmaq yoxdur. İndi təsəvvür edin, mühazirə zamanı auditoriyalarda nələr baş verir. Bizim təsəvvürümzdə etik sayılmayan “səs-küylü” yemək qəbulu Çində normal hesab olunur. Çinlilər yemək yeyərkən “səslər çıxarmağı” “mənfi Tsi enerjisindən qurtulmaq” cəhdi kimi qiymətləndirirlər.
Konkret danış
Çin dilində informasiyanın çatdırılmasının yazılmamış “qızıl qanun”u var: qısa və konkret danış. Uzun-uzadı cümlə dedinsə, çinli səni anlamayacaq. Çincə olduqca konkret dildir, uzun və mürəkkəb cümlələri sevmir. Məna ieroqliflərin düzülüşündən asılıdır. Ona görə də bizdə olduğu kimi mürəkkəb, özündə bir neçə hissə və fikri ehtiva edən cümlələr Çində anlaşılmaya bilər. Bu amili təhsildə də nəzərə almaq vacibdir.
Çində kafelərdə qara klassik çay və limonla yaşıl çay verilir. Əgər siz qara klassik çayla limon istəsəniz, ofisiant proqramına virus düşmüş kompüterə bənzəyəcək. Axı menyuda aydın şəkildə yazılıb: qara çay ayrı, limonla yaşıl çay ayrı. Çinlilər hər şeydə təlimata uyğun davranmağa proqramlaşdırılıblar. Təlimatdan istənilən sapma, anlaşılmazlığa yol aça bilər.
Kitabxanada yatmaq
Əksəriyyətimiz düşünürük və eşitmişik ki, çinli tələbələrin günü kitabxanalarda oxumaqla keçir. Burada təhsil almış əcnəbi tələbələrin bəziləri bununla razılaşmır. Vaxtilə Çində oxumuş, xaricdə pulsuz təhsil servisi ilə məşğul olan “StudyFree” şirkətinin sahibi Daşa Kroşkina deyir ki, kitabxanalara tələbələrin böyük qismi oxumağa deyil, yatmağa gəlirlər. Təəccüblənməyin. Çində tələbə yataqxanalarında şərait o qədər də ürəkaçan deyil. Bir çox hallarda bir otaqda 6 tələbə birdən qalır. Şanxayda mərkəzləşdirilmiş istilik sistemi mövcud deyil. Qışda yataqxanalarda soyuq olur. Rütubət yüksək olduğundan, +5 dərəcə Rusiyadakı -10 dərəcənin effektini verir. Odur ki, kitabxanalarda tək oxumaq deyil, həm də qızınmaq və yatmaq da olar. Kitabxanalar qışda kondisionerlərlə isinir.
Kampuslarda həyat
Çində ali məktəblər kampuslar şəklində fəaliyyət göstərir. Kampusa adətən əsas bina, yataqxanalar, stadionlar, yeməkxanalar və digər tələbə infrastrukturu daxildir. Çində kampuslarda yaşayışın da özünəməxsus özəllikləri var.
- İsti su ilə təmin olunmaq istəyirsinizsə, pulla xüsusi kart almalısınız. Kart yoxdur - isti su da yoxdur. Pulu vaxtında ödəmədin, isti susuz qalacaqsan;
- Yeməkxanalarda yemək məhdud saatlarda verilir. Səhər bir, günorta bir, axşam bir saat. Gecikdin - ac qalacaqsan;
- Yemək vaxtı da kifayət qədər tezdir: səhər 7-8 arası, günorta 12-13, axşam 17-18. Axşam 18-dən sonra acdınsa, öz problemindir;
- Yantszı çayından aşağı şəhərlərdə oxuyursunuzsa, qışda üşüyəcəksiniz. Mərkəzi isitmə sistemi yoxdur. Yataqxanalarda elektron qızdırıcı yorğanla yatmaq adi haldır. Təəccüblənməyin, ancaq saç feni ilə qızınan tələbələr də olur.
İngilis dilini öyrən və varlan
Çində oxumağın ən müsbət tərəfi burada iş tapmağın asanlığıdır. Oxumaqla paralel pul qazanmaq çətin deyil. Ən çox müraciət edilən yol dərs deməkdir. Əsasən də ingilis dilindən. Əgər xarici görünüşcə avropalısınızsa, sizə etimad səviyyəsi artacaq. Çində hesab edirlər ki, ingilis dilini xaricilərdən öyrənmək yaxşıdır. Tələbə vizası həftədə 20 saat işləməyə icazə verir. Rəsmi qaydada. Qeyri-rəsmi olaraq lap çox işləmək olar. Azərbaycanda olduğu kimi, Çində də ingilis dilinə böyük önəm verilir. İngilis dilini bilən şəxsin hansısa yolla özünə “çörək pulu” qazana biləcəyinə dair dərin inam hökm sürür.

Rüstəm QARAXANLI