Tural Qasımov: “Gələcəkdə dünyada gedən elm savaşında gənc alimlərimizin də payı olacaqdır”
Ölkəmizdə istedadlı gənclərə göstərilən dövlət dəstəyi, təhsil sahəsində həyata keçirilən davamlı islahatlar ali təhsil sisteminin rəqabət qabiliyyətinin gücləndirilməsində mühüm faktorlardan olan yeni, innovativ düşüncəli elmi-tədqiqatçıların yetişməsini şərtləndirir. Dünyanın nüfuzlu universitetlərində seçilmiş prioritet ixtisaslar üzrə yüksək bilik və təcrübə qazanan məzunlarımız artıq cəmiyyət həyatının bütün sahələrində ölkəmizin inkişafı naminə öz töhfələrini verməkdədirlər. Onlardan biri də hazırda Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) elm şöbəsinin müdiri vəzifəsində çalışan Tural Qasımovdur.
Tanıtım. Tural Paşa oğlu Qasımov 1987-ci ildə Sumqayıt şəhərində anadan olub. 2005-ci ildə Gəncə şəhəri 25 nömrəli orta məktəbi fərqlənmə attestatı ilə bitirib. Orta məktəbdə ədəbiyyata böyük marağı olub, şeirlər yazıb. “Şəhidlər müqəddəsdir” mövzusunda inşa müsabiqəsində birinci yeri tutub. “İlin ən yaxşı şagirdi” adına layiq görülüb. Kimya olimpiadasının şəhər turunda birinci olub.
2005-ci ildə ali məktəblərə keçirilən qəbul imtahanında iştirak edərək Bakı Dövlət Universitetinin (BDU) biologiya fakültəsinin tələbəsi adını qazanıb. 2009-cu ildə universiteti fərqlənmə diplomu ilə bitirərək elə həmin il BDU-nun “Biofizika və molekulyar biologiya” kafedrasının magistraturasına qəbul olub. 2011-ci ildə magistratura təhsilini fərqlənmə diplomu ilə başa vuraraq Botanika İnstitutunun doktoranturasına daxil olub. Doktorantura təhsilini bitirdikdən sonra 2015-2018-ci illərdə Botanika İnstitutunda kiçik elmi işçi, elmi işçi vəzifələrində çalışıb. 2018-ci ilin 26 noyabr tarixindən əvvəlcə ADAU-nun elm şöbəsində elmi işçi, 4 mart tarixindən isə müdir vəzifəsində çalışır. 2014-2015-ci tədris ilində “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Almaniyanın Freie Universitetində Phd/doktorantura təhsili alıb.
T.Qasımov xaricdə təhsilini başa vurub, ali məktəblərimizdə elmi-tədqiqatlar sahəsində çalışan gənc alimlərimizdəndir. Həm elmi tədqiqatlar aparır, həm də ADAU-da müəllimlik edir.
Azərbaycan brioflorası üçün yeni elmi nailiyyət
- Təhsilimi və tədqiqat işimi Almaniyanın Freie Universiteti nəzdində olan Berlin Botanika Bağı və Botanika Muzeyində (BBBM) davam etdirmişəm. Həmin universitetin alimi doktor Parolly ilə 2015-ci ilin aprelində Azərbaycanın müxtəlif bölgələrində, tədqiqat obyektim olan briofitləri (mamırları) müasir səviyyədə tədqiq etmişəm. Təhsil aldığım müddət ərzində Freie Universitetinə təqdim etdiyim PhD layihəm təsdiqlənmiş, 1 iyun 2016-cı il tarixində adıçəkilən universitetdən təhsilimi və tədqiqat işimi müvəffəqiyyətlə bitirməyim haqda sertifikat almışam.
20 elmi əsərin müəllifiyəm. 2016-2017-ci illərdə 4 müxtəlif beynəlxalq konfranslarda iştirak edərək məruzələr etmişəm, 2 elmi əsərim isə Beynəlxalq Simpozium materiallarına (Symposium on EuroAsian Biodiversity, 23-27 may 2016, Antalya, Türkiyə və Symposium on EuroAsian Biodiversity, 05 - 08 iyul 2017, Minsk, Belarus) daxil edilib. Doktor Parolly və professor Kürschner ilə birlikdə müəllifi olduğum məqaləm “Thomson Reuters”in Web of Science bazasının ISSN seriyalarına aid nüfuzlu “Herzogia” (İF-0.825) və “Crypogamie” (İF-1.25) jurnallarında çap edilib. Bu elmi uğurlar nəinki Azərbaycan brioflorası, eləcə də Qafqaz brioflorası üçün yeni elmi nailiyyətlərdir.
Elmə marağım uşaqlıqdan yaranıb
- Orta məktəbdə biologiya, kimya, fizika və ədəbiyyat fənlərinə marağım çox böyük olub. Elmə marağım uşaqlıqdan, amma tədqiqatçılığa maraq isə tədqiqatın nə olduğunu tam dərk etdikdən sonra, yəni BDU-da magistraturada təhsil aldığım zaman yaranıb. Bu həvəsi məndə oyadan müəllimim, dünya şöhrətli biofizik alim, bir çox nüfuzlu universitetlərin professoru Ralfrid Həsənov olub. Müasir təfəkkürə malik bir alim olan Ralfrid müəllimdə həm insanlığı, həm də əsl elmi görmüşəm. Doktorluq dissertasiyamın müdafiəsində də iştirak edərək, xoş sözlər söylədi.
Müəllim də bir günəşdir
Şagirdlərimizin elmi tədqiqata həvəsini artırmaq məqsədilə gənc alim və mütəxəssislərin mütəmadi şəkildə orta məktəblərlə görüşü keçirilməli və bu görüşlərdə şagirdlərə təqdim olunan təlim və seminarlar onların elmə marağına şərait yaradacaq.
İlk növbədə, orta məktəblərdə işini sevən və müəllimlik peşəsini dərindən bilən müəllimlər olmalıdır. Belə bir misal deyim. Bioloji sistemin əsası günəşdir. Günəş çıxmasa, bitkilər işığı almasa enerji yarana bilməz. Yaranan enerji ardıcıl şəkildə bir canlıdan digərinə ötürülür. Müəllim də bir günəşdir. O günəş daim öz işığı ilə şagirdlərində enerji yaratmalıdır ki, bu enerji ətrafa və digər canlılar aləminin üzvlərinə ötürülsün.
Mamırda fəlsəfə axtarışı
Hazırda ADAU-nun elm şöbəsinin müdiri vəzifəsində çalışıram. İdarəetmə işlərinin çoxluğundan tədqiqata vaxt ayırmağa zaman olmur. Amma tədqiqat sahəm botanikadır. Tədqiqat obyektim isə briofitlərdir, yəni mamırlar. M.Arazın sözləri ilə desək,
Vətən mənə oğul desə nə dərdim,
Mamır olub qayasında bitərdim.
Hələ məktəb yaşlarımda əzbərlədiyim bu şeirdəki mamır kəlməsindəki fəlsəfəni axtaracağımı haradan biləydim? Doktorluq dissertasiyamın mövzusu mamırlarla bağlıdır.
Dövlətin dəstəyi gənclərin elmə axınını yüksəltməlidir
Son illərdə ölkə rəhbərliyi tərəfindən istedadlı şagirdlərin aşkar olunması və onların bilik, istedadlarının stimullaşdırılması istiqamətində atılan məqsədyönlü addımlar, ali təhsil sistemimizin gücləndirilməsi, elmi bazalara çıxış imkanlarının yaradılması, gənclərin xaricdə təhsilinin maliyyələşdirilməsi sahəsində imzalanmış sənədlər gənclərin tədqiqatlara marağını və elmə axınını yüksəltməlidir. Belə ki, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində 3500-dən çox gənc dünyanın 32 ölkəsinin 350-dən çox ən nüfuzlu ali təhsil müəssisəsində təhsil almış və vətənimizə qayıdaraq, ölkənin ali təhsil məktəblərində tədrisin təşkilində və inkişafı prosesində mühüm rol oynayırlar və öz töhfələrini verirlər.
Hesab edirəm ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən təsdiq edilmiş “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” universitetlərimiz qarşısında geniş imkanlar açır.
Bu Proqram çərçivəsində görülən işlər Azərbaycanın digər ali təhsil müəssisələri ilə yanaşı, Aqrar Universitetində də ölkənin inkişaf prioritetlərinə uyğun yüksəkixtisaslı kadrların müasir standartlar səviyyəsində hazırlığına, ölkənin əmək bazarının tələbatı əsasında müəyyən olunmuş peşə və ixtisaslar üzrə yüksəkixtisaslı kadr potensialının formalaşdırılmasına, doktorantura səviyyəsi üzrə təhsil almış şəxslərin əldə etdikləri beynəlxalq təcrübənin elmi-pedaqoji sahədə tətbiqinə, həmin məzunların işlə təminatına nail olunacaq. Həmçinin, ayrı-ayrı ölkələrdən olan alimlərlə birgə tədqiqatlar aparılması, beynəlxalq səviyyədə əlaqələrin genişləndirilməsi elmdə müsbət nəticələrə gətirib çıxaracaq.
Düşünürəm ki, bu mənada cari ilin aprelində ADAU ilə Türkiyənin Ege Universiteti arasında bakalavr səviyyəsində imzalanan ikili diplom proqramı gələcəkdə tələbələrimizin magistratura və doktorantura təhsilində Avropanın ən qabaqcıl universitetlərində oxumaq üçün bir üstünlük yaradaraq, gələcəkdə dünyada gedən elm savaşında gənc alimlərimizin də payı olacaqdır.
Qarşıda duran hədəflərindən danışan gənc alim qeyd edir ki, “ən böyük arzularımdan biri gənc alim kimi ölkəmizdə, eləcə də xaricdə qazanmış olduğum bilikləri, yenilikləri gənc nəslə çatdımaq, tətbiq etmək və Azərbaycanın təhsil sistemində layiqli yer tutmaqdır”.
Oruc MUSTAFAYEV