AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev Rusiya Elmlər Akademiyasının (REA) vitse-prezidenti, akademik Taliya Xabriyeva ilə görüşüb. Akademik Ramiz Mehdiyev iki ölkə arasında möhkəm dostluq və əməkdaşlıq əlaqələrinin mövcud olduğunu və bu əlaqələrin prezidentlər – Vladimir Putinlə İlham Əliyevin arasında mövcud olan yüksək etimad və şəxsi dostluğa əsaslandığını söyləyib. Qeyd edib ki, iki ölkənin elmi strukturları arasında da 2005-ci və 2019-cu illərdə imzalanan əməkdaşlıq haqqında sazişlərə əsaslanan geniş tərəfdaşlıq münasibətləri yaranıb və uğurla inkişaf edir.
Akademik cari ilin mayında iki qurum arasında imzalanmış elmi-texniki əməkdaşlıq haqqında sazişin əhəmiyyətindən danışıb. Bildirib ki, sözügedən sənəddə elm və texnologiyaların prioritet istiqamətləri üzrə birgə elmi layihələrin işlənməsi, həyata keçirilməsi, təcrübə və informasiya mübadiləsi, yüksəkixtisaslı kadrlar hazırlanması, elmi tədqiqatların koordinasiyası, birgə elmi tədbirlərin keçirilməsi kimi məsələlər öz əksini tapıb və hazırda bu işlər uğurla yerinə yetirilir.
AMEA-nın rəhbəri, həmçinin akademiya ilə Rusiyanın müxtəlif elm və təhsil müəssisələri arasında imzalanan digər sazişlərin həyata keçirilməsindən və mühüm nəticələrindən söz açıb. Akademik son dörd il ərzində müxtəlif elmi istiqamətləri, əsasən də təbiət və texniki elmləri əhatə edən 50-yə yaxın sazişin icrasından danışıb. Əməkdaşlıq çərçivəsində Xəzərin mineral ehtiyatları, biomüxtəlifliyi və ekoloji problemləri, molekulyar biologiya, tibb və farmakologiya, fiziologiya, neft kimyası, informasiya texnologiyaları, nanotexnologiyalar, kosmik tədqiqatlar, ədəbiyyatşünaslıq, tarix, arxeologiya və etnoqrafiya kimi elm sahələrinin prioritet istiqamət olduğunu qeyd edib.
Akademik Ramiz Mehdiyev AMEA alimlərinin REA-nın Geologiya və Yer Fizikası institutları, Rusiya Dövlət Neft və Qaz Universitetində fəaliyyət göstərən həmkarları ilə sıx əlaqələrinin səmərəli nəticələr verdiyini vurğulayıb. Ölkə alimlərinin Dubnada yerləşən Birləşmiş Nüvə Tədqiqatları İnstitutundakı fəaliyyətindən danışan akademik bildirib ki, hər il AMEA-nın alim və gənc mütəxəssisləri həmin müəssisədə qısamüddətli və uzunmüddətli tədqiqatlar aparırlar.
Azərbaycan və Rusiya Federasiyası, o cümlədən Tatarıstan Respublikası arasında mövcud olan qədim dostluq və tərəfdaşlıq ənənələrindən danışan alim həmin ənənələrin bundan sonra da möhkəmlənəcəyinə əminliyini ifadə edib.
Tehsil-press.az