Ölkəmizdə beynəlxalq səviyyəli imtahanların Azərbaycan dilində təşkili mümkündür

Ölkəmizdə beynəlxalq səviyyəli imtahanların Azərbaycan dilində təşkili mümkündür Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə və Azərbaycanda səfərdə olan “ETS Global” təşkilatının üzvləri ali təhsil müəssisələrinin nümayəndələri ilə görüşüblər.
Görüşdə ingilis dilinin yüksək səviyyədə tədrisinin əhəmiyyətindən danışan M.Abbaszadə bu dilin informasiya əsrində vacibliyini vurğulayıb.
“ETS Global” təşkilatının Türkiyə bürosunun nümayəndələri – akademik və dövlət münasibətləri əlaqələndiricisi Zeynep Kaptan və biznes məsələləri əlaqələndiricisi Simla Yuceakın yerli imtahanların beynəlxalq səviyyəli imtahanlarla uyğunlaşdırılması baxımından gələcək əməkdaşlıq imkanlarından danışıb, müvafiq istiqamətdə ali təhsil müəssisələrini daha fəal olmağa çağırıblar.
Sonra “ETS Global” təşkilatının nümayəndələri TOEFL imtahanı barədə iştirakçılara ətraflı məlumat veriblər. Diqqətə çatdırılıb ki, DİM ilə “ETS Global” təşkilatı arasındakı əməkdaşlığa ali təhsil müəssisələri tərəfindən də töhfə verilməlidir. Ölkədə universitetlərin mövcud imkanlarından, kadr potensialından istifadə etməklə beynəlxalq səviyyəli imtahanların Azərbaycan dilində təşkili mümkündür.

Tehsil-press.az

Oxşar xəbərlər