Filologiya tələbələri Əhməd bəy Ağaoğlu haqqında mühazirə dinləyiblər

Filologiya tələbələri Əhməd bəy Ağaoğlu haqqında mühazirə dinləyiblər Azərbaycan Universitetinin filologiya tələbələri üçün Azərbaycanın ictimai fikir tarixində dərin izlər buraxmış böyük mütəfəkkir Əhməd bəy Ağaoğluna həsr olunmuş mühazirəyə qulaq asıblar. Mühazirəni ədəbiyyatşünas alim, filologiya elmləri doktoru, AMEA Nizami adına Ədəbiyyat İnstitutu Asiya xalqları ədəbiyyatı şöbəsinin müdiri, professor Bədirxan Əhmədov aparıb.
Professor Bədirxan Əhmədov çıxışında tələbələrə Azərbaycan və Türkiyənin ictimai xadimi, siyasətçi, jurnalisti, yazıçı Əhməd bəy Ağaoğlunun həyat və yaradıcılığının müxtəlif məqamları haqqında məlumat verib, onun portretini təqdim edib. Mühazirə Azərbaycan tarixinə mühüm əlamətdar hadisələrlə daxil olan XX əsrin əvvəllərində gedən ictimai-siyasi proses, ədəbi-estetik fikir baxımından cəmiyyətdə baş verən dəyişikliklər, Əhməd bəy Ağaoğlunun Şuşa real məktəbindəki təhsil dövrü, Fransadakı tələbəlik illəri, keçən əsrin ilk önilliyindəki ədəbi-ictimai-publisitik fəaliyyəti, “Difai” təşkilatının yaradılmasındakı rolu, 1909-cu ildə Türkiyəyə gedərək İstanbul ictimai mühitinə daxil olması, 1918-ci ildə Nuri Paşanın müşaviri kimi Gəncəyə gəlməsi, Azərbaycan Xalq Cümhuriyyəti dövründəki fəaliyyəti, Maltadakı sürgün həyatı, Türkiyə Cümhuriyyətinin ictimai-siyasi həyatında rolu, Mustafa Kamal Atatürklə münasibətləri, İslam və türkçülüklə bağlı fikirləri kimi mövzuları əhatə edib.
Mühazirə Azərbaycan dili və ədəbiyyat kafedrası tərəfindən Prezident İlham Əliyevin 10 aprel 2019-cu il tarixində Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin qeyd olunması ilə bağlı Sərəncamını rəhbər tutaraq təşkil olunub. Tədbirdə Humanitar fənlər fakültəsinin dekanı Səfər Məmmədov, kafedranın müdiri Ülviyyə Rəhimova, kafedranın professor-müəllim heyəti də iştirak edib.

İctimaiyyətlə əlaqələr şöbəsi


Filologiya tələbələri Əhməd bəy Ağaoğlu haqqında mühazirə dinləyiblər

Filologiya tələbələri Əhməd bəy Ağaoğlu haqqında mühazirə dinləyiblər

Filologiya tələbələri Əhməd bəy Ağaoğlu haqqında mühazirə dinləyiblər

Filologiya tələbələri Əhməd bəy Ağaoğlu haqqında mühazirə dinləyiblər

Oxşar xəbərlər