Azərbaycan Universitetində “Gender problemi və müasir Azərbaycan” beynəlxalq elmi konfransı işə başlayıb. Konfrans Böyük Britaniyanın Middlesex Universitetinin tərəfdaşlığı ilə keçirilir.
Tehsil-press.az xəbər verir ki, konfransı giriş sözü ilə açan Azərbaycan Universitetinin rektoru Səadət Əliyeva 2017 və 2018-ci illərdə keçirilmiş və genderə həsr olunmuş konfranslar haqqında məlumat verib. Rektor vurğulayıb ki, ənənəvi şərq cəmiyyətinin üzvü kimi hələ də müəyyən stereotiplər, mental məhdudiyyətlər qadınlarımıza öz imkanlarını tam realizə etməyə mane olur. Azərbaycan Universitetinin təqdim etdiyi platformada məqsəd də məhz bu və gender əsaslı digər problemləri təhlil və müzakirə etmək, həll yolları üçün təkliflərin irəli sürülməsini təmin etmək, Azərbaycanın əldə etdiyi uğurları beynəlxalq təcrübə ilə müqayisə etməkdən ibarətdir.
Mərasimdə millət vəkili Sona Əliyeva, Azərbaycan İlahiyyat İnstitutunun rektoru Ceyhun Məmmədov, konfransın tərəfdaşı, Böyük Britaniyanın Middlesex Universitetinin professoru Victoria de Rijke, “British Council Azərbaycan” ofisinin direktoru Summer Xia çıxış edərək konfransın əhəmiyyətini vurğulayıblar.
Açılışın ardından başlayan plenar iclasda iki məruzə dinlənilib. Plenar iclasın və fasilənin ardından konfrans işini bölmə iclaslarında davam etdirib. Tədbir günün sonunda bağlanış mərasimi ilə başa çatıb.
Tehsil-press.az