BMT-nin Təlim və Tədqiqat İnstitutunun (UNİTAR) saytında Bakı Ali Neft Məktəbi (BANM) ilə UNITAR arasında əməkdaşlığa dair geniş məqalə dərc olunub.
Bu barədə Tehsil-press.az-a Ali Məktəbin İctimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.
Məqalədə hər iki qurum arasında əməkdaşlıq çərçivəsində “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi üzrə yeddi nəfər nigeriyalı tələbənin 2019/2023-cü tədris illəri müddətində Azərbaycanın ən nüfuzlu ali təhsil müəssisələrindən olan BANM-də bakalavr dərəcəsi üzrə təhsil aldığı qeyd olunub.
Yazıda həmin tələbələrin Azərbaycanda 4 il müddətində “Neft-qaz mühəndisliyi” ixtisası üzrə təhsil alması və onların Nigeriyanın neft sektoru üçün yararlı mütəxəssis kimi yetişdiriləcəyi, tədris müddətində tələbələrin nəzəri və praktiki biliklərə yiyələnəcəyi və sonda lazımi kreditləri toplayaraq BANM-in diplomunu əldə edəcəyi qeyd edilib.
Eyni zamanda, yazıda BANM-in Azərbaycanda yüksək ixtisaslı mühəndis kadrlarının hazırlanmasında liderliyi vurğulanıb.
“BANM tələbələrinə transmilli və beynəlxalq enerji şirkətlərində, eləcə də SOCAR-ın bütün filial və müəssisələrində təcrübə keçmək və iş təcrübəsi yaratmaqla məzunların dünya səviyyəli mütəxəssis olmalarına rəvac verir”.
Eyni zamanda, Nigeriya hökumətinin neft və qaz sənayesində intellektual işçi qüvvəsi yaratmaq səylərinin məntiqi nəticəsi kimi nəzəri-praktiki bacarıq və təhsili özündə cəmləşdirən unikal 4 illik təhsil planının həyata keçilməsinə verdiyi dəstəyə də xüsusi diqqət çəkilir.
“Bu inteqrasiya edilmiş sistemin tətbiqi nigeriyalı tələbələrə iş bazarının (Neft-Qaz sənayəsində) aktual tələblərinə uyğun olaraq müvafiq sahələrdə keyfiyyətli ali təhsil almağa imkan verəcək”.
Məlumat üçün bildirək ki, 19 iyun 2018-ci il tarixində Bakı Ali Neft Məktəbi (BANM) ilə BMT-nin Təlim və Tədqiqat İnstitutu (UNITAR) arasında Əməkdaşlıq haqqında İsveçrənin Cenevrə şəhərində Memorandum imzalanıb. Memorandum BANM-in rektoru Elmar Qasımov və UNITAR-ın İcraçı direktoru, BMT-nin Baş katibinin müavini Nikhil Set tərəfindən imzalanıb.
Tehsil-press.az