UNEC-in yeni kitabxanası oxucuların istifadəsinə verilib

UNEC-in yeni kitabxanası oxucuların istifadəsinə verilib Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) UNEC Kitabxana İnformasiya Mərkəzinin 1 saylı kitabxanası oxucuların istifadəsinə verilib.
Kitabxanada oxucular 15 yeni kompüterlə işləyə, 5 min nüsxəyə yaxın kitab, gündəlik qəzetlər, Azərbaycan və rus dillərində elmi jurnallarla tanış ola bilərlər.
Qeyd edək ki, yeni kitabxanaya maraq böyükdür. İlk gün kitabxanada 254 oxucu qeydə alınıb.

UNEC-in Mətbuat Xidməti

Oxşar xəbərlər