Sahibkarlar iş təcrübələri barədə tələbələrə məlumat veriblər

Sahibkarlar iş təcrübələri barədə tələbələrə məlumat veriblər Azərbaycan Texniki Universitetində (AzTU) tələbələrin sahibkarlarla görüşü keçirilib.
Prorektor Xalıq Yahudov belə görüşlərin keçirilməsinin əhəmiyyətini vurğulayıb. Prorektor bildirib ki, məqsəd elmin istehsalatla əlaqəsini genişləndirmək və tələbələrin öz sahələri üzrə işlə təmin olunmasıdır.
Milli Məclisin deputatı Rüfət Quliyev ölkənin aparıcı şirkətlərinin nümayəndələri ilə tələbələrin görüşlərinin təşkilinin vacibliyini vurğulayıb.
Sahibkarlar informasiya texnologiyaları və biznes sahələri üzrə şirkətlərin qurulması, öz müəssisələrinin fəaliyyəti və iş təcrübələri barədə tələbələrə məlumat verib və onların suallarını cavablandırıblar.

Tehsil-press.az

Oxşar xəbərlər