Azərbaycan Dillər Universitetində (ADU) fəaliyyət göstərən Konfutsi İnstitutunda Çin dili və mədəniyyətinə marağın artırılması məqsədilə Çin dili natiqlik müsabiqəsi keçirilib.
Açılış nitqi ilə çıxış edən Rafiq Abbasov direktoru olduğu Konfutsi İnstitutunun təhsil və mədəni-maarif sahələrində fəaliyyəti, Çinin təşəbbüsü ilə reallaşan “Bir kəmər, bir yol” layihəsinin həyata keçirilməsində Azərbaycanın iştirakına dair elmi tədqiqatların aparılması barədə məlumat verib. O qeyd edib ki, belə müsabiqələrin keçirilməsi gənclərin maraq dairələrini daha da genişləndirərək, Şərq dillərinə və mədəniyyətinə daha çox üstünlük vermələrini təmin edəcək.
Müsabiqədə ADU-da çinşünaslıq ixtisası üzrə təhsil alan tələbələr iştirak ediblər. Natiqlik kateqoriyası üzrə yarışan tələbələr seçdikləri mövzu üzrə nitq hazırlayaraq münsiflər heyəti qarşısında təqdim ediblər.
Sonda müsabiqənin qalibləri mükafatlandırılıb.

ADU-nun Mətbuat Xidməti