Avropa ekspertləri AzTU-nun rektoru ilə görüşüblər

Avropa ekspertləri AzTU-nun rektoru ilə görüşüblər Avropa Komissiyasının “Azərbaycanda ali təhsilin gücləndirilməsinə dəstək” adlı TVİNNİNQ layihəsi çərçivəsində ali təhsil üzrə beynəlxalq ekspert Jan Pol (Jean Paul) və layihənin rezident koordinatoru Liza Budanova (Lisa Bydanova) Azərbaycan Texniki Universitetində (AzTU) rektor Vilayət Vəliyevlə görüşüblər.
Rektor qonaqlara AzTU haqqında məlumat verib, universitetin əsas inkişaf istiqamətlərindən danışıb.
Beynəlxalq ekspertlərin AzTU-nun əməkdaşları ilə görüşündə geniş fikir mübadiləsi aparılıb, ali təhsil ocaqlarının strategiyasında qiymətləndirmə indikatorları, hədəflər, fəaliyyət planı və s. müzakirə edilib.

AzTU-nun Mətbuat Xidməti


Avropa ekspertləri AzTU-nun rektoru ilə görüşüblər

Avropa ekspertləri AzTU-nun rektoru ilə görüşüblər

Oxşar xəbərlər