ADU-nun mindən çox tələbəsi “Bir” Tələbə-Könüllü Proqramında iştirak edir

ADU-nun mindən çox tələbəsi “Bir” Tələbə-Könüllü Proqramında iştirak edir Hazırda Azərbaycan Dillər Universitetində (ADU) üç mindən artıq könüllü tələbə var. Onlar indiyədək ölkəmizdə keçirilən bütün beynəlxalq tədbirlərdə ən fəal iştirak edən tələbələr olublar.
Tələbələrinin dil bilgisi genişdir. Burada ingilis, fransız, ispan, alman dillərindən başqa, Çin, yapon, Koreya və başqa dillər də tədris olunur. Bu da tələbələrin könüllü kimi fəaliyyət göstərmələrinə geniş imkanlar yaradır.
Universitetdə müxtəlif gənclər təşkilatları fəaliyyət göstərir ki, onların da üzvü olan tələbələrin hər biri könüllüdür. Azərbaycanda keçirilən birinci Avropa Oyunlarında, İslam Həmrəylik Oyunlarında, Formula 1 yarışlarında iştirak edən könüllülərin böyük qismini ADU-nun tələbələri təşkil edir. Birinci Avropa Oyunları keçiriləndə ADU-nun mindən çox tələbəsinə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın imzası ilə təşəkkürnamə təqdim olunmuşdu. Daha sonra digər beynəlxalq tədbirlərdə iştirak edən tələbələrin hər birinə Gənclər və İdman Nazirliyi tərəfindən müxtəlif təşəkkürnamələr və diplomlar təqdim olunub.
ADU-nun tələbələri “ASAN xidmət”, Xarici İşlər Nazirliyi və Miqrasiya Xidmətində könüllü kimi çox fəal iştirak edirlər. Bu qurumların könüllülərinin böyük əksəriyyəti ADU-nun tələbələridir. “Bir” Tələbə-Könüllü Proqramına isə universitetin mindən artıq tələbəsi qoşulub.
2020-ci ilin ölkəmizdə “Könüllülər ili” elan edilməsi bu istiqamətdə yeni mərhələ olacaq. ADU-nun tələbələri hər zaman olduğu kimi, 2020-ci ildə də könüllülük hərəkatında aktiv fəaliyyətləri ilə seçiləcəklər.

Tehsil-press.az


Oxşar xəbərlər