Azərbaycan Milli Elmlər Akademiyasının İqtisadiyyat İnstitutunda Elmi şuranın növbəti iclası keçirilib.
İclasda “Azərbaycan Respublikası regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda Prezident İlham Əliyevin çıxışından irəli gələn vəzifələr müzakirə olunub.
İnstitutun Regional inkişaf və təbii sərvətlərdən istifadə problemləri şöbəsinin müdiri, iqtisad elmləri doktoru, professor Rəna Sultanova mövzu ilə bağlı məruzə edib. O vurğulayıb ki, regionların tarazlı və dayanıqlı inkişafına nail olunması əsas hədəflərdəndir.
Professor indiyədək regionların sosial-iqtisadi inkişafı ilə bağlı 3 proqramın icrasının uğurla başa çatdığını, mühüm sosial-iqtisadi nəticələr əldə olunduğunu, hazırda isə 4-cü proqramın icra edildiyini diqqətə çatdırıb. O bildirib ki, təkcə 2019-cu ildə ümumi daxili məhsul istehsalı 2,2 faiz, sənaye istehsalı 1,5 faiz, qeyri-neft sektoru 3,5 faiz, qeyri-neft sektorunda sənaye 14 faizdən çox artıb, 98 min yeni iş yeri yaradılıb. Bu nəticələrin əldə olunmasında regionların da böyük rolu olub.
Professorlar Tofiq Hüseynov, Tərbiz Əliyev, dosent Mayis Gülalıyev, aparıcı elmi işçilər Tanrıverdi Paşa, Məzəddin Əyyubov mövzu ilə bağlı çıxış ediblər.
Regionların sosial-iqtisadi inkişafı problemləri, proqramların icra vəziyyəti, əldə olunan nəticələr, inzibati rayonların investisiya potensialı, regionlarda sahibkarlığın inkişafı, yerli gəlirlərin artırılması, mövcud potensial imkanlardan səmərəli istifadə olunması məsələləri ətrafında geniş müzakirələr aparılıb.
Tehsil-press.az