İTALİYALI ALİMLƏR FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR

İTALİYALI ALİMLƏR FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Fizika İnstitutunda İtaliyanın Elektronika və Maqnetizm Materialları İnstitutunun əməkdaşları Dr. Klaudio Ferrari, Dr.Giovanni Attolini, Dr. Sara Beretta və gənc mütəxəssis Francesco Rispoli qonaq olublar. Səfərdə məqsəd AMEA ilə İtaliyanın Milli Tədqiqat Şurasının (CNR) elmi əməkdaşlığa dair Saziş və Əməkdaşlıq Proqramına əsasən 2018-2019-ci illər üçün müsabiqədə qalib olmuş “Partlayıcı sensorlar üçün germanium və karbon nanostrukturları” başlıqlı layihə çərçivəsində aparılmış tədqiqat işlərini və nəticələri müzakirə etmək olub. İki gün davam etmiş ezamiyyət müddətində “Bionanostrukturlar fizikası” laboratoriyasının aparıcı elmi işçisi Nahidə Musayevanın rəhbərliyi ilə laboratoriyada təcrübələr aparılıb, əldə olunan nəticələr müzakirə olunub və növbəti iş planı tərtib olunub.
Qonaqlar Fizika İnstitutunun İnnovasiya sektorunda mövcud olan müasir maddi-texniki baza ilə də tanış olublar.

Məryəm Rafaelqızı
AMEA Fizika İnstitutunun
İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri


İTALİYALI ALİMLƏR FİZİKA İNSTİTUTUNDA QONAQ OLUBLAR

Oxşar xəbərlər