Bakı Dövlət Universitetinin (BDU) rektoru Elçin Babayev, İsrailin İnnovativ Texnologiyalar Qrupu MMC-nin (İTG) prezidenti Michael Frenkel və Mark İsrael Azərbaycan Milli Elmlər Akademiyasının Fizika İnstitutunda olublar.
Görüşün məqsədi üçtərəfli əməkdaşlıq imkanlarını müzakirə etmək olub.
Görüşdə rektor E.Babayev Fizika İnstitutunun direktoru, akademik Nazim Məmmədovun elmi fəaliyyəti haqqında qonaqlara məlumat verib, onun fizika elmi sahəsində aparıcı alimlərdən olduğunu vurğulayıb. Qeyd edib ki, akademik N.Məmmədov uzun illər Yaponiyada elmi fəaliyyətlə məşğul olub. Rektor N.Məmmədovun Fizika İnstitutunun innovasiya sektorunun qurulmasında, xüsusilə maddi-texniki baza ilə təmin olunmasında xidmətlərindən söz açıb.
Daha sonra E.Babayev İTG ilə əməkdaşlıq imkanlarından danışıb. Bildirib ki, ilk növbədə, kadr çatışmazlığı məsələsini həll etmək lazımdır. Rektor qarşılıqlı kadr mübadiləsinin, birgə təcrübə proqramlarının zəruriliyindən danışıb, təhsil sahəsində BDU-da hər cür şəraitin yaradılmasına hazır olduğunu, Fizika İnstitutunda isə elmi təcrübənin olduğunu vurğulayıb. O, buna görə effektiv nəticə əldə etmək üçün İsrail nümayəndə heyətinin konkret strateji təkliflər təqdim etməsinin vacib olduğunu söyləyib.
Akademik N.Məmmədov birgə əməkdaşlıq üçün hazır olduğunu bildirib, BDU-nun təhsillə yanaşı, tədqiqat universiteti kimi formalaşmasını qeyd edib. Tələbələrin tədqiqat proseslərinə qoşulmasının zəruriliyindən danışan N.Məmmədov Fizika İnstitutunda aparılan tədqiqatlardan danışıb, burada optik, ellipsometirya və s. kimi sahələrin yüksək inkişaf etdiyini deyib.
İTG-nin prezidenti Michael Frenkel Fizika İnstitutunun nəzəri fizika sahəsində təcrübəsinə əsaslanaraq tətbiqi fizika sahəsində əməkdaşlığın mümkünliyindən danışıb. O deyib ki, bu istiqamətdə əməkdaşlıq yaranarsa, yüksək nəticələr əldə etmək olar.
Daha sonra qonaqlar Fizika İnstitutunun innovasiya sektorunda müasir maddi-texniki baza ilə də tanış olublar.
BDU-nun Mətbuat Xidməti