Koronavirus insan tərəfindən hazırlanıb? - ABŞ kəşfiyyatından açıqlama

Koronavirus insan tərəfindən hazırlanıb? - ABŞ kəşfiyyatından açıqlama ABŞ-ın Milli Kəşfiyyat İdarəsi koronavirusun mənbəyi ilə bağlı araşdırmalarının nəticəsini açıqlayıb.
Təşkilat virusun “insan tərəfindən hazırlanmadığı”nı və “genetikasına müdaxilə edilmədiyi”ni bildirib. Virus texnoloji və genetik olaraq dəyişdirilməyib. MKİ pandemiyanın mənbəyinin heyvanlarla təmas olması və ya Çin laboratoriyasından yayılması versiyasının öyrənilməsi üçün detallı araşdırmaların davam etdirildiyini elan edib.
Xatırladaq ki, daha əvvəl Donald Tramp hökuməti virusun Çinin Uhan şəhərindəki infeksiya xəstəlikləri laboratoriyasından yayıldığını iddia etmişdi.

Tehsil-press.az

Oxşar xəbərlər