AMEA Rəyasət Heyəti aparatının Xarici əlaqələr idarəsi tərəfindən akademiyanın elmi tədqiqat institutları və əlaqədar müəssisələrin beynəlxalq əlaqələr üzrə məsul şəxslərinin onlayn iclası keçirilib. Xarici əlaqələr idarəsinin rəisi, biologiya üzrə fəlsəfə doktoru, dosent Esmira Əlirzayevanın sədrliyi ilə keçən iclasda AMEA və Türkiyə Elmi və Texnoloji Tədqiqat Şurası (TÜBİTAK) arasında imzalanmış əməkdaşlıq sazişi üzrə müştərək proqram çərçivəsində iki ölkənin universitetləri, tədqiqat mərkəzləri və elmi müəssisələrinin alimləri üçün elan edilmiş layihə müsabiqəsi, eləcə də beynəlxalq elmi və elmi-mədəni əlaqələr sahəsində həyata keçirilmiş işlər müzakirə olunub.
Tədbirdə AMEA-nın Hüseyn Cavidin ev-muzeyini bu qurumun beynəlxalq əlaqələr üzrə məsul şəxsi Aytən Cəfərli təmsil edib.
Muzeyin əməkdaşı diqqətə çatdırıb ki, ölkədə xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar olaraq qurumun beynəlxalq əlaqələr üzrə fəaliyyəti nisbətən məhdudlaşdırılsa da, davam etdirilir: “Bu müddət ərzində muzeyin rəsmi saytında yerləşən “virtual muzey” pəncərəsindən burada saxlanılan eksponatlar haqqında ətraflı məlumat əldə etmək mümkündür”.
Qeyd edilib ki, muzeyin saytına son 1 ay ərzində dünyanın 55 ölkəsindən 800 izləyici daxil olub. Bu baxımdan Fransa, Almaniya, Türkiyə, İspaniya, Böyük Britaniya, ABŞ, İtaliya, Rusiya, Ukrayna, Çin, İran, Niderland, Polşa ilk sıralarda yer alır.
A.Cəfərli bildirib ki, avstraliyalı musiqişünas, Kvinslənd vilayətində yerləşən Ormiston Kollecinin professoru Con Varney Hüseyn Cavidin ev-muzeyi ilə əməkdaşlıq edir. O, Ərtoğrol Cavidin fortepiano üçün əsərlərini yeni aranjimanda fleyta, skripka və violonçel, eləcə də ansambl üçün hazırlayıb.
Həmçinin Hüseyn Cavidin “Topal Teymur” dram əsərinin yazılmasının 95 illiyi münasibətlə əsərin ingilis dilinə tərcüməsi üzərində iş aparıldığı, “Cavid hikməti və seçmə aforizmlər” kitabının ingilis dilinə tərcümə olunduğu vurğulanıb.
Muzey əməkdaşı xüsusi karantin rejimi dövründə muzeyin “YouTube” kanalında, “Facebook” səhifəsində və rəsmi saytında bir neçə xarici dildə yerləşdirilmiş videoekskursiyalar nümayiş olunduğunu da diqqətə çatdırıb.
Tehsil-press.az