Tarixdə dərin iz buraxmış o şanlı istiqlalımızdan 102 il ötür. Məhz 102 il əvvəl, 1918-ci il mayın 28-də istiqlal mücahidilərimizin parlaq siması Məmməd Əmin Rəsulzadənin öndərliyi ilə müsəlman Şərqində ilk parlamentli respublika, ilk demokratik, hüquqi və dünyəvi dövlət olan Azərbaycan Xalq Cümhuriyyəti yaradıldı. Cəmi 23 ay yaşamasına baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın tarixində silinməz iz buraxdı, sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, öz dövlətçilik ənənələrini bərpa etməyə və yaşatmağa qadir xalqdır. Müstəqilliyə çox çətin sınaqlardan çıxmadan, qurbanlar vermədən qovuşmaq mümkün deyil.
Tehsil-press.az Mədəniyyət Nazirliyi Mədəniyyətşünaslıq üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin sektor müdiri Aydın Tağıyevin Respublika Günü ilə bağlı hazırladığı yazını təqdim edir.
1914-cü ildə başlayan Birinci Dünya müharibəsi çar Rusiyasında daxili gərginliyi daha da artırmış, hakimiyyətdən narazılıq pik həddinə çatmışdı. Bunun nəticəsi olaraq 1917-ci ilin fevralında Rusiyada monarxiya rejimi devrildi. Hakimiyyətə gələn Müvəqqəti hökumət Müəssislər Məclisinə seçkilər keçirdi. Lakin Müvəqqəti hökumət uzun müddət hakimiyyətdə qala bilmədi. 1917-ci ilin oktyabrında hakimiyyət çevrilişi baş verdi. Ona görə də Cənubi Qafqazdan Müəssislər Məclisinə seçilən deputatlar Rusiyaya gedə bilmədilər. Onlar 1918-ci il fevralın 14-də Tiflisdə Cənubi Qafqazın ali hakimiyyət orqanı olan Zaqafqaziya Seymini-Zaqafqaziya parlamentini yaratdılar. Lakin kəskin milli mənafe ziddiyyətləri Zaqafqaziya Seyminin və Zaqafqaziya Cümhuriyyətinin konkret addımlar atmasına imkan vermədi. Nəticədə 1918-ci il mayın 25-də gürcü nümayəndələri Seymdən çıxdılar və mayın 26-da Gürcüstanın müstəqilliyini elan etdilər.
1918-ci il mayın 27-də müsəlman fraksiyasının, yəni Zaqafqaziya müsəlman şurasının (Zaqafqaziya müsəlman parlamentinin) üzvləri də ayrıca iclas keçirdilər və Azərbaycanın müstəqilliyini elan etmək qərarına gəldilər. Bu məqsədlə Zaqafqaziya müsəlman şurası özünü Azərbaycan Milli Şurası elan etdi. Həmin iclasda Azərbaycan Milli Şurasının rəyasət heyəti və sədri seçildi. Məmməd Əmin Rəsulzadə Milli Şuranın sədri oldu.
Mayın 28-də Milli Şura 6 maddədən ibarət İstiqlal bəyannaməsini qəbul etdi. Bununla da müsəlman Şərqində ilk demokratik dövlət olan Azərbaycan Xalq Cümhuriyyətinin bünövrəsi qoyuldu. Hər bir xalqın, millətin sahib olduğu ən böyük sərvət onun müstəqil dövlətinin olmasıdır. Lakin müstəqillik təsadüfən qazanılmır və ya onu hədiyyə etmirlər. Ona gedən yol böyük mübarizələrdən keçir. Azadlığı qazanmaq və qoruyub saxlamaq qurban tələb edir.
Yarandığı andan başlayaraq müstəqilliyimizi qoruyub saxlamaq üçün ciddi tədbirlər görüldü. Baş nazir Fətəli xan Xoyski 1918-ci il mayın 30-da teleqrafla bütün dünya ölkələrinə Azərbaycanın müstəqil olması xəbərini elan etdi. İyun ayının 4-də qardaş Osmanlı dövləti ilə sülh və dostluq müqaviləsi bağlanaraq hərbi yardım alındı. İyunun 26-da Azərbaycanın milli ordusu yaradıldı. Azərbaycan dili dövlət dili elan edildi. Üçrəngli – göy, qırmızı, yaşıl bayrağımız yaradıldı. Türk-müsəlman şərqində ilk dəfə bizim ölkəmizdə qadınlara seçki hüququ verildi.
Xalqımızın savadlanması üçün məktəblər, yaşlılar üçün savad kursları, digər xalqların nümayəndələri üçün türk dilli kurslar açıldı. 1919-cu ildə ən böyük ali təhsil ocağı Bakı Dövlət Universiteti açıldı. Məktəblər üçün dərsliklər yazılır, kitabxanalar açılır, onlarla qəzet və jurnal nəşr olunurdu. Milli muzeyimiz – “İstiqlal” muzeyi yaradıldı.
Bütün bunlara baxmayaraq, Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşadı. 1920-ci il aprelin 28-də Azərbaycan bolşevik Rusiyası tərəfindən işğal edildi. Mövcud olduğu qısa zaman içində Xalq Cümhuriyyəti çox böyük işlər gördü, sübut etdi ki, Azərbaycan xalqı müstəqil yaşamağa, demokratik prinsiplərə əsaslanan sivil dövlət qurmağa qadir bir xalqdır.
Xalqımızın istiqlal ideyası yenilmədi və M.Ə.Rəsulzadənin “Bir kərə yüksələn bayraq, bir daha enməz!” şüarı cümhuriyyətdən sonra da fəaliyyətini davam etdirən mühacirət hökumətinin qəlbində əbədi yaşadı, sonadək mübarizə aparıldı.
Sovet Rusiyasının imperializm siyasəti qonşu dövlətlərə və bölgələrə öz hakimliyini genişləndirməyi hədəfləyən siyasətdir. Digər formada desək, imperializm tamamilə başqa bir əraziyə, ölkəyə və ya qonşu əraziyə total nəzarət etmək deməkdir. Bu münasibətlər həmin dövr Azərbaycan xalqına qarşı da bəslənilirdi. Artıq şimaldan gələn külək müstəqilliyimizi təhlükə altında qoydu. Azərbaycanın müstəqillik qazanması ilə barışa bilməyən sovet Rusiyası 1920-ci il aprelin 27-də 11-ci ordunu ölkəmizə yeridərək müstəqilliyimizə son qoydu. Uzun mübarizdən sonra bərpa edilmiş müstəqillik tezliklə itirildi. Onun süqutundan sonra sovet imperiyasının 70 illik əsarət dövrü başladı...!
Bir çox dünya xalqları kimi azərbaycanlılar da tarixin müxtəlif mərhələlərində ağır sınaqlarla üzləşiblər. Bu dövr milli adət-ənənələrə və dini dəyərlərə qarşı ciddi qadağaların tətbiq edilməsi, Azərbaycan ziyalılarının və din xadimlərinin repressiyalara məruz qalması, sürgün edilməsi və qətlə yetirilməsi ilə yadda qalıb. Mədəniyyət, təhsil və səhiyyə sahələrində bir sıra nailiyyətlərin əldə olunduğu həmin dövrdə bir çox maddi-mədəniyyət abidələri, məscid və kilsələr dağıdılıb.
Sovet hökuməti açıq-aşkar Azərbaycanda ruslaşdırma və erməniləşdirmə siyasəti yeridirdi. Bu siyasət ölkənin paytaxtında – “beynəlmiləl” şəhər kimi təbliğ olunan Bakıda daha sürətlə gedirdi. Rus dili Azərbaycan dilini sıxışdırmış, dövlət dilinə çevrilmişdi. Sovet hakimiyyəti illərində Azərbaycan ərazisinin qonşulara paylanması siyasəti məqsədyönlü surətdə davam etdirilib. Xalq öz azadlığını və müstəqilliyini qoruyub saxlamağı bacarmalıdır. Bunun üçün də hər bir insan üzərinə düşən vətəndaş borcunu layiqincə yerinə yetirməlidir. Məşhur filosof Benedikt Spinozanın dili ilə desək: “Azadlıq dərk olunmuş zərurətdir..!”
Sovet əsarətində olan zaman belə xalqımızın müstəqillik, istiqlaliyyət arzusu alovlanmaqda davam edirdi və sonda bu arzu reallığa çevrildi, 1991-ci ildə dövlətimiz bir əsrdə ikinci dəfə müstəqilliyini elan etdi. Uğurlu dövlət quruculuğu Azərbaycanın müstəqilliyini möhkəmləndirdi. Xalqımızın başına gəlmiş hadisələr, tarix bir daha göstərir ki, xalqın azadlıq əldə etməsi ilə iş qurtarmır. Daha vacib olanı bu azadlığı qorumaq, onu yaşatmaqdır. Hər kəs yaxşı bilir ki, ümummilli lider Heydər Əliyev müstəqil müasir Azərbaycan dövlətinin memarı və qurucusudur. Ulu Öndərin xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən biri də uğurlu dövlət quruculuğu prosesinin əsasının qoyulmasıdır. Bu, Azərbaycanın müasir müstəqil dövlət kimi inkişafı baxımından çox mühüm əhəmiyyətə malikdir.
Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyev 2018-ci il mayın 28-də Heydər Əliyev Mərkəzində Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunmuş rəsmi qəbulda çıxışı zamanı 1993-cü ilin tariximizdə dönüş nöqtəsi olduğunu vurğulayıb: “Əslində, bizim müstəqil tariximiz o ildən başlamışdır. Çünki 1991-1993-cü illərdə müstəqillik formal, şərti xarakter daşıyırdı. Azərbaycan, demək olar ki, xaricdən idarə olunurdu. Biz hamımız bunu yaxşı bilirik. Ona görə Azərbaycan xalqı haqlı olaraq Heydər Əliyevi Azərbaycanın dövlət müstəqilliyinin banisi, Azərbaycan dövlətinin qurucusu kimi tanıyır və bu, tarixi həqiqətdir”.
Qeyd edək ki, İstiqlal Bəyannaməsinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hazırda dövlət müstəqilliyinin bərpa edilməsi günü - Respublika Günü kimi qeyd edilir.
Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasət Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Başqa sözlə, bu gün müasir müstəqil Azərbaycan ümummilli lider Heydər Əliyevin ideyaları əsasında inkişaf edir. Son illər Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində bütün sahələrdə möhtəşəm nailiyyətlər əldə edilib. Təsadüfi deyil ki, ölkəmizin iqtisadi nailiyyətləri beynəlxalq miqyasda da təqdir olunur, yüksək qiymətləndirilir.
Tehsil-press.az