ABŞ-ın Almaniyadakı səfiri istefa verdi

ABŞ-ın Almaniyadakı səfiri istefa verdi ABŞ-ın Almaniyadakı səfiri Riçard Qrenell vəzifəsindən istefa verib.
Səfirliyin saytında bildirib ki, Diplomatik Missiya rəhbərinin yeri vakantdır. Səfirin olmadığı müddətdə onun səlahiyyətlərini müavini Robin Kuinvill icra edəcək.
Qeyd edək ki, Qrenell Berlində iki ilə yaxın səfir olub. O, Almaniya KİV-in səhifələrində aktiv çıxış edib, “Şimal axını - 2” qaz kəməri və NATO çərçivəsində Almaniyanın maliyyə məsuliyyəti ilə bağlı sərt bəyanatları ilə tanınıb. Mayın sonunda o, xüsusilə ABŞ-da seçkiqabağı kampaniyaya baxmayaraq, "Şimal axını - 2"yə qarşı yeni sanksiyaların Amerika Konqresi tərəfindən operativ şəkildə qəbul oluna biləcəyini bəyan edib.
Səfir Qrenellin bir çox bəyanatları Almaniyanın müxalif siyasətçiləri tərəfindən tənqidi qəbul edilib, onları Berlinin suveren siyasətinə müdaxilə adlandırıblar.
“Dpa” agentliyinin məlumatına görə, Qrenellin Donald Trampın seçkiqabağı kampaniyasında iştirak edə biləcəyi istisna edilmir.

Tehsil-press.az


Oxşar xəbərlər