Bakı Dövlət Universitetinin (BDU) Hüquq fakültəsinin tələbələri Avropada nüfuzlu məhkəmə müsabiqəsi hesab edilən “Telders Beynəlxalq Məhkəmə Müsabiqəsi”ndə (“Telders International Law Moot Court Competition”) iştirak ediblər.
Azərbaycanın ilk dəfə qatıldığı beynəlxalq müsabiqədə ölkəmizi Hüquq fakültəsinin III və IV kurs ingilis bölməsinin tələbələrindən ibarət komanda təmsil edib. Müsabiqəyə qatılan 31 komandanın beş ay ərzində ərsəyə gətirdiyi işlərin qiymətləndirilməsi zamanı BDU tələbələrinin iddiaçı memorialı (yazılı arqument) 9-cu yerə, cavabdeh memorialı isə 13-cü yerə layiq görülüb. Toplam nəticələrə görə Azərbaycan komandası 12-ci sırada qərar tutub.
Yeni növ koronavirus (COVID-19) pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə müsabiqənin şifahi mərhələsi ləğv edilib.
Qeyd edilib ki, Birləşmiş Millətlər Təşkilatının (BMT) Beynəlxalq Ədalət Məhkəməsi modelini də təmsil edən Telders Beynəlxalq Məhkəmə Müsabiqəsi 1977-ci ildən etibarən hər il Niderland Krallığının Haaqa şəhərində keçirilir. Müsabiqənin məqsədi hüquq təhsili alan tələbələrin beynəlxalq hüquq sahəsində analitik və praktiki bacarıqlarını inkişaf etdirməkdir.
Komanda üzvləri göstərdikləri dəstəyə görə BDU rəhbərliyinə, bütün xərclərini üzərinə götürən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi QSC-yə və müəllimlərinə təşəkkürlərini bildiriblər.
Tehsil-press.az