Ən çox yoluxma yenə Binəqədiylə Yasamaldadır

Ən çox yoluxma yenə Binəqədiylə Yasamaldadır TƏBİB Azərbaycanda koronavirus pandemiyasının yayılması və aşkarlanması ilə bağlı son statistikanı açıqlayıb.
Abşeronda 16,3% (artım), Bakıda isə 55,1% (artım) yoluxma faktı qeydə alınıb.
Statistikaya baxdığımız zaman paytaxt rayonları üzrə isə ən çox yoluxma halı Binəqədi (12,8) və Yasamal (12,4) rayonunda müşahidə olunur.
Hər iki rayonun göstəricilərində azalma müşahidə olunur. Xətaidə isə yoluxma halı eynidir: 11,9%. Sabunçu 11,8%, Nəsimi 10,4%, Suraxanı 8,7%, Nərimanov 8,8%, Nizami 8,2%, Qaradağ 5,7%, Səbail 4,7%, Xəzər 4,2%, Pirallahıda isə 0,3% yoluxma halı qeydə alınıb.
Qeyd edək ki, hazırda Azərbaycanda 8397 aktiv koronavirus xəstəsi var.

Tehsil-press.az

Oxşar xəbərlər