Mədəniyyət Nazirliyində vakant vəzifələri tutmaq üçün qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr ləğv olunub

Mədəniyyət Nazirliyində vakant vəzifələri tutmaq üçün qeydiyyatdan keçmiş namizədlərlə müsahibələr ləğv olunub Mədəniyyət Nazirliyindən Dövlət İmtahan Mərkəzinə (DİM) daxil olmuş məktubda yeni mədəniyyət idarəetmə sisteminin formalaşdırılması məqsədilə nazirlikdə struktur dəyişikliklərinin aparıldığı bildirilir.
Bununla əlaqədar Mədəniyyət Nazirliyinin aparatında və strukturuna daxil olan qurumlarda vakant inzibati vəzifələrin tutulması məqsədilə 2020-ci il yanvarın 13-də elan edilmiş müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə planlaşdırılmış müsahibələr ləğv olunub.
Struktur dəyişikliyi yekunlaşdıqdan sonra nazirlikdə vakant olan vəzifələrin tutulması məqsədilə yeni müsahibə elanlarının verilməsi nəzərdə tutulur.

Tehsil-press.az

Oxşar xəbərlər