Təbiətdə göbələklərlə çoxsaylı təcrübələr aparılır, bir çox güclü yaşam vasitələri təkmilləşdirir. Bu vasitələrdən səmərəli şəkildə – zədələnmiş ekosistemləri canlandırmaq, qlobal istiləşmənin qarşısını almaq və hətta xəstəliklərin çarəsini tapmaq üçün istifadə edə bilərik.
Bütün canlılar sağlam və ya xəstə olmasına baxmayaraq bir neçə qrupda təsnifləşdirilən çox sayda göbələk növlərini daşıyır. Göbələklər maraqlı tədqiqat obyektləri olmaqla yanaşı, onların digər canlılarla assosiasiyaları (bitki, heyvan, insan və s.) və bu münasibətlər çərçivəsində ekosistemdə yerinə yetirdiyi funksiyalar olduqca rəngarəngdir. Onlar assosiasiyada olduqları canlılarla yayıla bilir və ətraf mühit şəraitinə adaptasiya imkanına malikdir. Ehtimal edilir ki, XXI əsrdə göbələklər daha çox hüceyrədaxili orqanellərin araşdırılması, ətraf mühitin sərt şəraitinə dözümlülük, yad DNT-lərin invaziyasının (hücumunun) qarşısını almaq üçün mühafizə mexanizmlərinin axtarılması, bioloji ritmlər, qocalma və ölüm kimi ali orqanizmlərə də xas olan proseslərin idarə olunması üçün istifadə ediləcək. Göbələklərin transformasiya etmək qabiliyyəti sadə qidalı mühitdən istifadə etməklə sənaye miqyasında transgen ştamların becərilməsində, o cümlədən insan üçün vaksinlər hazırlanmasında tətbiq ediləcək.
Bu fikirlər AMEA Botanika İnstitutunun Mikologiya laboratoriyasının müdiri, biologiya elmləri doktoru Dilzarə Ağayevanın “Göbələklər müasir dünyada” mövzusunda məqaləsində yer alıb.
Bildirilib ki, bioiqtisadiyyatda göbələklər qlobal çağırışlara cavab tapılmasında vacib rola malikdir. Bu çağırışlar sırasına yeni şəraitdə resursların səmərəliliyinin yaxşılaşdırılması, qalıq mənbələrin bərpa olunaraq əvəzedici məhsullara çevrilməsi, tullantı yığınlarının qiymətli qida və yem məhsullarınadək dəyişdirilməsi, bağırsaq biotasını gücləndirməklə həyat tərzi xəstəlikləri və antibiotiklərə əks təsir göstərmək, iqlim dəyişkənliyi şəraitində əkin bitkilərinin daha sağlam olması və onların törədicilərə qarşı yeni bioloji maddələr sintez etməsini təmin etmək və s. daxildir. Bütün tendensiyalar onu göstərir ki, göbələk xəstəlikləri XXI əsrdə artacaq və bu şərait törədicilərə dair tədqiqatların genişləndirilməsini və daha çox maliyyə cəlbini tələb edəcək. Göbələk xəstəlikləri insanları əsrlərboyu təqib etsə də, yalnız XX əsrin ikinci yarısında mühüm tibbi problemə çevrilib. Tibbi mikologiyada əsas aksiomlardan biri invaziv göbələk infeksiyalarının diaqnostikasının çətin olmasıdır, belə ki, onların böyük əksəriyyətinə diaqnozu yalnız postmortem qoymaq mümkün olur. Göbələk törədiciləri idarə və ya müalicə etmək də kifayət qədər çətindir, çünki xəstəliklər adətən xroniki hal alır, diaqnostikası çətindir və ona antifunqal dərmanlarla son verməyin nəticəsi birmənalı olmaya bilər. Belə ki, müasir tibbin inkişafı HIV epidemiyası ilə birlikdə bir çox insanlarda immunitet pozğunluğu ilə nəticələnib. Buna parlaq misal HIV infeksiyası ilə assosiasiyada olan və dimorf “Sporothrix schenckii” göbələyini qeyd etmək olar. Hazırda beynəlxalq aləmdə dünyanı təhdid hədəfinə çevirmiş COVID-19 təhlükəsi və bu təhlükənin əsas səbəbi hesab edilən SARS-CoV-2 virusu üzrə aparılan tədqiqatlarda “Aspergillus” ko-infeksiyasından da bəhs edilməyə başlanılıb. Statistikaya görə, yoluxmaların 30 faizində ağciyər aspergillozu (CAPA) diaqnozu da müşahidə edilir və bu halda ölüm faktının yüksək olduğu qeyd edilir. Həmçinin digər bir nümunə olaraq virusa yoluxmuş xəstələrdə “Saccharomyces” infeksiyasını qeyd etmək olar. Məlumdur ki, “Saccharomyces” probiotik preparatları, xüsusilə reanimasiya şöbələrində antibiotiklə əlaqəli ağırlaşmaların qarşısının alınması üçün geniş istifadə olunur. Lakin “Saccharomyces” infeksiyası immuniteti zəif olan və ya ağır xəstələrdə invaziv infeksiya agenti kimi də təsir edir.
“Müasir tibbin immunmolekul və hüceyrəni hədəfləyən anticisim əsaslı immunoterapiyaların inqilabı ərəfəsində olmasını nəzərə alsaq, invaziv göbələk xəstəlikləri riskinə məruz qalacaq insanların sayının artacağını ehtimal edə bilərik. Məsələn, revmatoloji xəstəliklər üçün inqilabi şiş nekrozu tıxanma terapiyasının tətbiqi göbələk xəstəliklərinə həssaslığı olan insan qrupu yaradıb. Həmçinin iqlim dəyişikliyi ekosistemdə müxtəlif canlıların yeni göbələk xəstəliklərinin büruzə verməsinə səbəb ola bilər. Xroniki xəstəliklərlə göbələk infeksiyaları arasında bəzi müasir assosiasiyalar göbələklərin tədricən törədici agentlərə çevrilməsi ilə nəticələnə bilər ki, bu da onların əhəmiyyətini artırar. Əlbəttə ki, yeni fungisidlərin, dərmanların, diaqnostikaların, vaksinlərin və immunterapiyaların da təkamülü gözlənilir. Qeyd edilən problemlər ölkədə professional mikoloqlarla yanaşı, göbələklərlə maraqlanan gənc nəsil üçün də cəlbedicidir. Yetişməkdə olan və mikoloji araşdırmalara cəlb edilən tələbə, magistr və gənc tədqiqatçıların yeniliklərə artmaqda olan marağı və mikologiyada yeni çağırışlara cavab vermək arzusu bu elm sahəsinin inkişafı üçün böyük ilham mənbəyidir”,- deyə məqalədə qeyd edilib.
Tehsil-press.az